SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Goranboyda xalça emalatxanasının tikintisinə pul ayrılıb

Goranboyda xalça emalatxanasının tikintisinə pul ayrılıb

Tarix:

22-05-2018, 20:54

/ 1 435 dəfə oxundu.
Goranboyda xalça emalatxanasının tikintisinə pul ayrılıb

Azərbaycan prezidenti İlham Əliyev Goranboy rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Goranboy rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.49.5-ci yarımbəndində göstərilmiş məbləğin 2 milyon manatı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Şərhlər

XƏBƏR LENTİ