SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sığorta şirkətləri çökür, investorlar qaçır: “Başak İnam Sığorta” da getdi

Sığorta şirkətləri çökür, investorlar qaçır: “Başak İnam Sığorta” da getdi

Tarix:

25-02-2017, 13:10

/ 1 876 dəfə oxundu.
Sığorta şirkətləri çökür, investorlar qaçır: “Başak İnam Sığorta” da getdi

Azərbaycanda iqtisadi gedişat xarici şirkətlərin bazarı tərk etməsi ilə müşahidə olunur

Artıq “Başak İnam Sığorta” ASC bazarı tərk etmək üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edib.

Məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlı məlumat verib. Onun sözlərinə görə, sığorta şirkətinin bağlanmasına artıq razılıq verilib.

“Başak İnam” sığorta şirkətinin 2017-ci ilin yanvar ayı üzrə nəticələri məlum olub. Yanvarda toplanan sığorta haqlarının ümumi həcmi 20 min 503 manat olub.

Bu ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 dəfə azdır. Belə ki, şirkət 2016-cı ilin yanvar ayında 72 min 102 manat sığorta haqqı toplamışdı. Sığorta yığımlarının böyük hissəsi kasko sığortanın payına düşüb.

Bundan əlavə, sığorta yığımlarının bir hissəsi isə səyahət sığortası, fərdi qəza və avtomobillərin mülki məsuliyyətinin könüllü sığortası üzrə formalaşıb. “Başak İnam” yanvarda sığorta ödənişi etməyib.

Bu da hər hansı sığorta hadisəsinə dair müraciətin olmaması ilə bağlı olub. Qeyd edək ki, ötən ilin yanvar ayında sığorta şirkəti 4 min 155 manat ödəniş etmişdi.
Azərbaycanın sığorta bazarı çətin günlərini yaşayır. Ölkədəki iqtisadi böhran və devalvasiya şəraitində sığorta bazarının perspektivləri də qaranlıqdır.

Ölkənin ən böyük sığorta şirkətlərindən biri olan “AZSIĞORTA” ASC-nin idarə heyəti sədrinin 1-ci müavini Aleksandr Kananadze bildirib ki, bu ilin sonunda cəmi 5 sığorta şirkəti qala bilər.

Məlumata görə, Azərbaycanın sığorta təşkilatlarının dünya səviyyəsində ad çıxarmış, reytinq qazanmış təşkilatlar səviyyəsində deyil. Yerli sığorta təşkilatlarının müstəqillik illərində formalaşıb.

Manatın dəyərsizləşməsinin fonunda ödənilən sığorta haqları da bir işə yaramayacaq. Çünki bütün ölkə üzrə bahalaşma gedir. Ona görə manatın dəyərdən düşməsi sığorta şirkətlərini böyük zərbə altına almış olur.

Sığorta bazarında son vəziyyətin təhlili burada, belə demək mümkünsə, yeni bir tənəzzül başlandığını göstərir. Əsas səbəb isə, heç şübhəsiz, avtomobil satışında tətbiq edilən məlum məhdudiyyətlərdir.

Son dövrlərdə ölkədə fəaliyyət göstərən bank və sığorta şirkətləri haqda narazıçılıqlar artan xətt üzrə gedir.

Bankların müştərilərlə daha çox problemi olduğu üçün bu mövzu son vaxtlarda gündəmi zəbt edib. Bankla bağlı vətəndaşlarda ən çox narahatlıq yaradan səbəb isə əmanətlərin taleyinin necə olacağı ilə bağlıdır.

Şərhlər

XƏBƏR LENTİ