SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Qubada itkin düşmüş alpinistlərin meyiti morqa gətirilib

Qubada itkin düşmüş alpinistlərin meyiti morqa gətirilib

Tarix:

17-05-2018, 09:40

/ 1 149 dəfə oxundu.
Qubada itkin düşmüş alpinistlərin meyiti morqa gətirilib

tkin düşmüş alpinistlərin meyiti Quba rayon Mərkəzi Xəstəxanasının morquna gətirilib.

Yaxın saatlarda alpinistlərin meyiti Bakıya göndəriləcək.

Meyitlər müayinə olunmaq üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə təhvil veriləcək.

Xilasedicilərin sözlərinə görə, meyitlər təxminən 2800-2900 hündürlükdə olan ərazidə 4 m dərinlikdə aşkarlanıb. Alpinistlərin çadırda olduqları zaman uçquna düşdükləri ehtimal olunur.

"Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar.

Dekabrın 27-dən FHN-in peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkarlanıb.

Şərhlər

XƏBƏR LENTİ