SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » TİKİNTİDƏ ÖLƏN FƏHLƏNİN YAXINLARI ETİRAZA QALXDI - FOTO

TİKİNTİDƏ ÖLƏN FƏHLƏNİN YAXINLARI ETİRAZA QALXDI - FOTO

Tarix:

17-05-2018, 00:55

/ 1 299 dəfə oxundu.
TİKİNTİDƏ ÖLƏN FƏHLƏNİN YAXINLARI ETİRAZA QALXDI - FOTO

Rafiqin ölümündə günahkar olanların həbsini tələb edirik”
Xəbər verdiyimiz kimi, Bakının Nərimanov rayonu ərazisində, keçmiş Çapayev küçəsində köhnə binaların söküntüsü ilə məşğul olan “Mənzərə” MMC-nin söküntü sahəsində faciə baş verib. Ərazidə söküntü aparan şirkətin işçisi, Masallı rayon sakini, 1969-cu il təvəllüdlü Abiyev Rafiq Abduləhəd oğlu traktorun çalovu altında qalaraq, faciəvi şəkildə dünyasını dəyişib. Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda cinayət işi başlanıb.
Mərhumun dayısı oğlu, hüquq müdafiəçisi Fikrət Cəfərovun Hurriyyet.org-a verdiyi açıqlamaya görə, hadisədən bir neçə gün keçməsinə baxmayaraq, faciədə günahkar olanlardan heç kim həbs olunmayıb: “Hələlik başımız yas məclisinə qarışıb. Məclis qurtarandan sonra biz bu məsələdə günahkar olanların məsuliyyətə cəlb olunmasını tələb edəcəyik. Üç gündür faciə baş verib, insan dünyasını dəyişib, amma heç kim məsuliyyətə cəlb olunmayıb. Bu da onu göstərir ki, bu, müəssisə yüksək rütbəli məmurlardan birinə məxsusdur”.

Mərhumun yaxını onu da bildirdi ki, mətbuatda gedən informasiyalarda R.Abıyevin traktorun altında qaldığı qeyd olunur. Əslində isə hadisə zamanı traktorun çalovu mərhumun başını torpağa sıxıb: “Çalov başı torpağa necə basıbsa, baş ortadan yarılıb. Eyni zamanda onun qabırğaları da əzilib üzə çıxmışdı. Tikintidə təhlükəsizlik qaydalarına əməl olunsaydı, belə bir faciə baş verməzdi. Rafiqin ölümünə səbəb tikintidə təhlükəsizlik qaydalarına əməl olunmamasıdır”.
Xatırladaq ki, “Mənzərə” MMC-nin Maliyyə naziri Samir Şərifovla Nərimanov rayonu İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevə məxsus olduğu bildirlilir. O da qeyd edilir ki, söküntüyə etiraz edənlər olduğundan həmin ərazidəki işlər əvvəlcə dayandırılıb. Amma sonra həmin ərazinin sökülməsinə qəti qərar verilib və işlər yenidən başlanılıb. “Mənzərə” MMC-də məhz bu məqsədlə yaradılıb.
Hurriyyet.orgTİKİNTİDƏ ÖLƏN FƏHLƏNİN YAXINLARI ETİRAZA QALXDI - FOTO
TİKİNTİDƏ ÖLƏN FƏHLƏNİN YAXINLARI ETİRAZA QALXDI - FOTO

Şərhlər

XƏBƏR LENTİ