SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Gizli videosu yayılan baş həkim qovuldu – Yeni təyinat

Gizli videosu yayılan baş həkim qovuldu – Yeni təyinat

Tarix:

16-05-2018, 11:34

/ 1 710 dəfə oxundu.
Gizli videosu yayılan baş həkim qovuldu – Yeni təyinat

Bakının Nəsimi rayonunda yerləşən 1 saylı Körpələr Evinin qalmaqallı baş həkimi Nəhayət Əliyevanın yerinə təyinat olub.

Axar.az-ın əldə etdiyi məlumata görə, 1 saylı Körpələr Evinin baş həkimi N.Əliyevanın uşaqlar üçün gətirilmiş əşyaları özünə məxsus avtomobilə yükləyib apardığını əks etdirən videolar yayıldıqdan sonra Səhiyyə Nazirliyi araşdırma başlatmışdı və o, müvəqqəti olaraq işindən təcrid edilmişdi.

Məlumata görə, araşdırmanın nəticəsi olaraq baş həkim N.Əliyeva vəzifəsindən azad edilib. Artıq onun yerinə təyinat da həyata keçirilib.

1 saylı Körpələr Evindən bildirildi ki, artıq müəssisənin baş həkimi Rəna Ağayevadır.

Qeyd edək ki, bir müddət əvvəl müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova video paylaşaraq, 1 saylı Körpələr Evindən oğurluq edildiyini bildirmişdi.

Şərhlər

XƏBƏR LENTİ