SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Biləsuvar gömrüyündə əməliyyat

Biləsuvar gömrüyündə əməliyyat

Tarix:

24-02-2017, 14:23

/ 2 656 dəfə oxundu.
Biləsuvar gömrüyündə əməliyyat

Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə aksiz markası ilə markalanmalı olan məhsulların belə marka olmadan satılması, satış məqsədilə saxlanması barədə əməliyyat məlumatı daxil olub.

Dövlət Gömrük Komitəsinə istinadən məlumata görə, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində, Azərbaycan Respublikasının vətəndaşı Əliyev Səfa Orucəli oğlunun idarə etdiyi “VAZ-21074” markalı, 90 CM 062 dövlət qeydiyyat nişanlı minik avtomobili Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunun qarşısındakı terminalın həyətində saxlanılıb. Avtomobilə baxış zamanı, yük yerində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan cəmi 10 min 600 ədəd – “M1”, “Manchester”, “Royal”, “Bıstoon” və “De Santıs” adlı siqaret aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ