yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

“Balakişi İTV-nin baş direktoru seçilməyib” - MTRŞ müsabiqə elan etdi

“Balakişi İTV-nin baş direktoru seçilməyib” - MTRŞ müsabiqə elan etdi
14-05-2018, 13:35 164 dəfə baxılıb

Milli Televiziya və Radio Şurası İTV-nin baş direktoru vəzifəsinə seçilmək üçün namizədin müəyyənləşdirilməsi məqsədi ilə müsabiqə elan edib.

Xalqxeber.Az xəbər verir ki, müsabiqədə iştiraka dair tələblər aşağıdakılardır:

- Namizəd Azərbaycan Respublikasının vətəndaşı olmalı;

- Namizəd ali təhsilli olmalıdır.

Əvvəllər ağır və ya xüsusi ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkum edilmiş, habelə məhkumluğu ödənil­məmiş, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq olunmuş şəxslər müsabiqədə iştirak edə bilməzlər.

Nnamizədlər aşağıdakı sənədləri 15 may 2018-ci il tarixdən 30 may 2018-ci il tarixədək Milli Televiziya və Radio Şurasına təqdim etməlidirlər:

1.Ərizə

2.Şəxsiyyət vəsiqəsinin surəti

3.Əmək kitabçasının surəti

4.Tərcümeyi-hal

5.Kadrların şəxsi uçot vərəqi

6.Ali təhsil haqqında dövlət sənədi

***

Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov APA-ya açıqlamasında bildirib ki, Balakişi Qasımov İTV-nin baş direktoru seçilməyib, o, bu vəzifəni müvəqqəti icra edir.

Qeyd edək ki, B. Qasımov vergilər naziri Mikayıl Cabbarovun xalası oğludur.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

18-09-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ