SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Mehdiabad-Pirşağı avtomobil yolunun tikintisinə pul ayrıldı

Mehdiabad-Pirşağı avtomobil yolunun tikintisinə pul ayrıldı

Tarix:

11-05-2018, 19:51

/ 1 375 dəfə oxundu.
Mehdiabad-Pirşağı avtomobil yolunun tikintisinə pul ayrıldı

Prezident İlham Əliyev Mehdiabad–Pirşağı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

xalqxeber.az xəbər verir ki, sərəncamla iyirmi bir min nəfər əhalinin yaşadığı üç yaşayış məntəqəsini birləşdirən Mehdiabad–Pirşağı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,3 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Şərhlər

XƏBƏR LENTİ