SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Müəllimlərin işə qəbulunda yenilik

Müəllimlərin işə qəbulunda yenilik

Tarix:

11-05-2018, 17:26

/ 1 214 dəfə oxundu.
Müəllimlərin işə qəbulunda yenilik

“İlk dəfə olaraq bu il ibtidai sinif, musiqi, təsviri incəsənət, texnologiya və fiziki tərbiyə müəllimlərin daimi əsaslarla işə qəbuluna razılıq verilib”.

Bu sözləri Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə daimiləşmə proqramı ilə bağlı sualları cavablandıran zaman deyib. Onun sözlərinə görə, həmin fənlər üzrə müsabiqəyə çıxarılmayan vakant yerlərə də daimiləşdirilmə aparılıb:

“Bunun səbəbi isə ondan ibarət idi ki, həmin fənlər üzrə namizədlərin vakant yerləri tutma faizi bütün illər üzrə digər fənlərlə müqayisədə bir qədər aşağı olur. Hazırda həmin yerlər “güzəştli” kateqoriya kimi qəbul olundu və müəllimlərin daimi əsaslarla işə qəbuluna razılıq verilib”.

Şərhlər

XƏBƏR LENTİ