SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » NAZİRİN DOSTU 165 SAYLI MƏKTƏBİ İNTRİQA VƏ DEDİ-QODU YUVASINA ÇEVİRİB

NAZİRİN DOSTU 165 SAYLI MƏKTƏBİ İNTRİQA VƏ DEDİ-QODU YUVASINA ÇEVİRİB

Tarix:

11-05-2018, 14:29

/ 14 080 dəfə oxundu.
NAZİRİN DOSTU 165 SAYLI MƏKTƏBİ İNTRİQA VƏ DEDİ-QODU YUVASINA ÇEVİRİB

«NAZİRİN DOSTU»MƏKTƏBDƏ XƏBƏRÇİLİK ETMƏYƏN MÜƏLLİMLƏRƏ DƏRS VERMİR

«Paytaxtın 165 saylı məktəbində ciddi qanun pozuntularına etiraz edən tərəqqipərvər təhsil işçiləri bu təhsil müəssisəsinin rəhbərliyi və Bakı şəhəri üzrə Təhsil idarəsi tərəfindən təzyiqlə üzləşir, gözümçıxdıya salınır, həmkarları ilə qarşı-qarşıya qoyulur və nəhayətdə təzyiq altında işdən çıxmaq barədə ərizələri alınıb vəzifədən qovulurlar. Sözlə əməlin ziddiyyət təşkil etdiyi iyrənc bir mühitdə elə böyük haqsızlıq və böhtanlarla üzləşirlər ki, bir ömürə yetəcək qədər mənəvi-psixoloji sarsıntı keçirirlər. Bu mühitdə ziyalılıq o qədər kasadlaşıb ki, adamın ürəyi bulanır. Təhsil uçuruma yuvarlanıb, anarxiya və özbaşınalıq hökm sürür. 165 nömrəli məktəbin direktoru Vüqar Məmmədov bütün məktəbə elan edib ki, cənab Ceyhun Bayramovun dostudur, o və çetesi indiki təhsil nazirinin kadlarıdır».
Bu və digər neqativ hallar barədə məlumatları bölüşən etibarlı mənbə bildirir ki, 165 saylı məktəbin yuxarı siniflərində dərsə davamiyyət sıfra yaxındır və bu hal dərs ilinin əvvəlindən belədir: «Hansından soruşursan, deyir pulunu vermişəm, gəlmirəm. Müəllimlərdən hər ay 5 manat «fond pulu» yığılır. Məktəb demək olar ki, tam olaraq repetitorlara icarəyə verilib. Kitabxana bu məqsədlə 5 yerə bölünüb. İnformatika müəllimi yanvardan işə gəlmir, sadəcə məktəbin facebook səhifəsinə yalançı görüntülər yerləşdirməklə işini bitmiş hesab edir. O fənn üzrə dərs keçilmir. Əvəz edilən dərslər başqa adamın adına yazılır. Direktor müəllimlərin hərəsindən «yuxarı»nı təbrik etməliyəm» deyə 40 manat pul yığdı. Ötən dərs ilinin aprel ayında 5 nəfər XI sinif şagirdinin adını jurnaldan çıxartdı ki, bəs məktəbdən gediblər. Amma ilin sonunda onların adını paralel XI sinfin jurnalına yazaraq attestat verdi. Bundan başqa, daha 14 nəfər «İki» (qeyri-kafi) qiymət alan şagird də attestat aldı…»
Mənbənin «Dəryaz» qəzetinin redaksiyasına verdiyi məlumatlara görə direktor Vüqar Məmmədov kollektivi intriqa yuvasına çevirib: «Direktor müəllimlərə tapşırıb ki, xəbərçilik eləməyənə dərs saatı yoxdur. Vüqar Məmmədov direktor vəzifəsinə təyin olunandan məktəbdə mənəvi terror həyata keçirir. Tərbiyə ocağı dedi-qodu yuvasına çevrilib. Toplanan pullardan məktəbin nəfinə istifadə olunmur, bir yerə bircə mismar belə vurulmur. Məktəbdə hətta aşağı siniflərdə də nizam-intizam yoxdur. VI-VII sinif şagirdləri də dərsdən qaçırlar.
Direktorun pulyığanı «məşhur» Yaqutun (BŞTİ müdirinin «qara kassası» kimi tanınan Yaqut Məmmədovanın) bibisi qızı Validə Ağalarovadır.
Məktəbdə yeməkxana yoxdur. Bufeti Validənin qardaşı öz şəxsi obyekti kimi işlədir. Nəsillikcə oradadırlar, deyirlər ayda 2000 manat hesab veririk. Direktor vaxtaşırı «reket jurnalist» çağırıb olmayan «uğurlar» barədə çəkilişlər hazırlatdırır, sosial şəbəkədə yalançı özünüreklam çarxları paylaşır».
İnformator «[email protected]»un elektron adresinə yazır ki, Vüqar Məmmədov kollektivdə artan narazılığı səngitmək üçün başqa bir metoddan da istifadə edir: «İşi rahat getsin deyə, maneçiliklə üzləşməsin deyə, vaxtilə vermiş olduğu «pul yığılmayacaq» vədini boğazından yapışıb ona xatırlatmasınlar deyə yalandan söz çıxarıb ki, guya yaxın vaxtda məktəbdən gedəcək».
P.S.Qeyd edək ki, yazı dərc olunmamışdan əvvəl məqalədə göstərilən faktlara aydınlıq gətirilməsi üçün Təhsil Naziri cənab Ceyhun Bayramova və Bakı şəhər üzrə Təhsil İdarəsinin rəisi Məhəbbət xanım Vəliyevaya rəsmi məktubla elektron müraciət etsək də heç bir qurumdan suallarımıza cavab verən olmadı… Görünür balıq başdan iylənib.

Mövzuya qayıdacağıq.

Dəryaz.az

Şərhlər

XƏBƏR LENTİ