SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Nazirlik rəsmiləri Bakıdakı qoxuya görə bir araya gəldi

Nazirlik rəsmiləri Bakıdakı qoxuya görə bir araya gəldi

Tarix:

11-05-2018, 12:37

/ 1 421 dəfə oxundu.
Nazirlik rəsmiləri Bakıdakı qoxuya görə bir araya gəldi

"Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) ictimai iaşə obyektlərinin fəaliyyəti zamanı zəhərli maddələrin atmosferə təsirini müəyyənləşdirmək məqsədilə araşdırma komissiyası fəaliyyətə başlayıb".

Bu barədə ETSN-in Ekoloji təbliğat şöbəsinin sektor müdiri Umayra Tağıyeva nazirlikdə keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, aparılan araşdırmalar zamanı iy-qoxu və tüstünün yayıldığı iaişə obyektlərinin ətrafında olan havada dəm qazının miqdarı 12 dəfədən çox çıxıb. Bu da ətraf ərazidə yaşayan vətəndaşların sağlamlığı üçün ziyandır.

Xanım Tağıyeva bildirib ki, komissiya tərəfindən Bakı şəhərinin inzibati rayonlarında yerləşən şadlıq evlərinin və ictimai-iaşə obyektlərinin ətraf ərazilərində monitorinq aparılıb, elə nümunələr də həmin ərazilərdəki atmosfer havasından götürülüb:

“Ekologiya və Təbii Sərvətlər Nazirliyinə iaşə obyektləri ilə bağlı çoxsaylı şikayətlər daxil olur. Əhalinin bir hissəsinin maraqları digər hissəsinin hüququnu pozmamalıdır. Yayılan tüstünün tərkibində zərərli maddələr var. Nümunələr üzərində aparılan fiziki-kimyəvi analizlərin nəticələri göstərib ki, atmosferə atılan zərərli qaz birləşmələrinin miqdarı yol verilən qatılıq həddindən dəfələrlə artıqdır ki, bu da insanlarda diskomfort yaradır. Ümid edirik ki, sahibkarlar bu məsələyə diqqətli yanaşacaqlar. Ölkə əhalisinin maraqlarına diqqət etməyən sahibkarlara qarşı qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək. Bu problemin həlli yolu var. Bu da müvafiq qurğuların, filtrlərin quraşdırılmasıdır”.

Qeyd edilib ki, ETSN ictimai-iaşə obyektlərində müasir standartlara cavab verən qurğu və avadanlıqların quraşdırılması, atmosferə atılan tullantıların azaldılması məqsədilə yerli icra hakimiyyətlərinə və ictimai iaşə obyektlərinin sahiblərinə müvafiq məktublar göndərib.

Konfranda son günlər Bakı ərazisində hiss olunan kəskin qaz iyininin səbəblərinə toxunulub: "Paytaxtın bir çox regionlarında kəskin qaz iyi hiss olunduğu üçün monitorinqlər aparılıb. Müəyyən olunub ki, şəhərin əsas 4 nöqtəsində bu hal müşahidə olunur və bu ərazilər də neft emalı zavodunun əhatəsidir. Bununla bağlı rəsmi xəbərdarlıq etdik".

***

Ətraf mühitin mühafizəsi şöbəsinin əməkdaşı Kənan Kərimli qeyd edib ki, məktublarda icra müddəti də göstərilib: Hər kəsə bildirilib ki, problem qısa müddətdə həll olunmalıdır. Qanunvericilik tələblərinə riayət edilmədiyi təqdirdə müəssisə rəhbərlərini İnzibati Xətalar Məcəlləsinin 237.2 maddəsi ilə 600 manatdan 25 min manatadək inzibati cərimə gözləyir.

Şərhlər

XƏBƏR LENTİ