SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıda "BakıKart" belə problem yaradır - GİLEY

Bakıda "BakıKart" belə problem yaradır - GİLEY

Tarix:

5-05-2018, 11:54

/ 1 393 dəfə oxundu.
Bakıda "BakıKart" belə problem yaradır - GİLEY

Bakı sakinlərinin əsas problemlərindən biri də ödəmə terminallarının normal işləməməsidir.

Cebhe.info-nun məlumatına görə, növbəti belə hadisə mayın 3-ü saat 20:55 radələrində Səməd Vurğun bağı yaxınlığındakı dayanacaqda qeydə alınıb.

Belə ki, bağın 28 May küçəsinə baxan tərəfində yerləşən dayanacaqda quraşdırılan "MilliÖn" ödəmə terminalında "BakıKart"larına pul yükləyən iki vətəndaşın kartına pul yüklənməyib, terminaldan da qəbz çıxmayıb.

Qeyd edək ki, əksər şikayətçilər qarşılaşdığı bu kimi çətinlikləri sosial şəbəkələrdə paylaşmaqla öz iradlarını da bildirirlər. Bu problem daha çox ictimai nəqliyyatda istifadə olunan ödəmə kartlarında özünü biruzə verir. Ya ödəniş olunan məbləğ karta yüklənmir, ya da aparatda texniki problem yaranır, xüsusilə aparatların işləməməsi ilə bağlı şikayətlər tez-tez eşidilir.

Şərhlər

XƏBƏR LENTİ