SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Jurnalistlərin ağzı qapadılır: “Bakcell“in PR menecerləri iş başında

Jurnalistlərin ağzı qapadılır: “Bakcell“in PR menecerləri iş başında

Tarix:

4-05-2018, 09:56

/ 1 462 dəfə oxundu.
Jurnalistlərin ağzı qapadılır: “Bakcell“in PR menecerləri iş başında

"Bakcell"in PR menecerleri bir-bir redaksiyalarla təmasa keçib, onların əməkdaşlarının "Bakcell" nömrəsi işlədib-işlətməməsi ilə maraqlanırlar.

Bu barədə Mia.az-a bir neçə saytdan məlumat verilib.

Bildirilib ki, son bir ayda mediada kifayət qədər tanınan jurnalistlərin "Bakcell"i açıq şəkildə oğurluqda, cibgirlikdə, bir sözlə, soyğunçuluqda ittiham etməsindən sonra adıçəkilən şirkətin əməkdaşları hərəkətə keçiblər: "Hazırda "Bakcell"in nümayəndələri ictimai rəyə az-çox təsir edən, əsasən də ucuz reklam əməkdaşlıqları qurduqlraı redaksiyalarla təmasa keçiblər. Onlar əsasən, hər ay reklam adı ilə ayda 70-100 manat verdikləri saytlarla əlaqə yaradıb, əməkdaşları arasında bu şirkətin abunəçilərinin olub-olmaması ilə maraqlanır, onların telefon nömrələrini götürürlər. Səbəb isə son həftələr jurnalistlərin "Bakcell"in oğurluğunu ictimailəşdirib, etiraz etmələridir".
Saytlardan birinin redaktoru Mia.az-a deyib ki, mobil operatorun əməkdaşları azvision.az saytının baş redaktoru Vüsal Məmmədovun "Bakcell"in fırıldaqları haqda sosial şəbəkədə yazdığı statusdan sonra onlarla əlaqə yaradıblar: "Bəli, bir şirkətin PR menecerləri bizimlə də kntakt yaradıb, işçilərimiz arasında "Bakçell" nömrəsi işlədənlərin nömrəsini istəyiblər. Bu, onu göstərir ki, "Bakcell" son vaxtlar həqiqətən də jurnalistlərin etirazından çox narahat olub və ehtimal olunan növbəti etirazların ictimailəşməsinin qarşısını almaq istəyirlər. Düzü, mənə də maraqlıdır ki, jurnalistlərin nömrələrini nəzarətə götürüb, onların ağzını da yumduqdan sonra nə olacaq? Belə çıxır ki, jurnalistlərin daha cibinə girilməyəcək. O halda bəs milyonlarla sadə abunçilər necə olacaq? Onların nömrəsi də daha avtomatik şəkildə fırıldaqçı şirkətlərin şəbəkəsinə qoşulmayacaq, yoxsa, jurnalistlərin ağzını 70-100 manatlıq "reklam"la qapadıb, səsini ucaltmaq üçün tribuna tapmayan minlərlə abunəçinin "yüklənməsi" yenə davam edəcək?".

Yeri gəlmişkən, qeyd edək ki, "Bakçell" şirkətinin abunçələrinin nömrələri avtomatik olaraq qondarma fırıldaqçı şirkətlərin sisteminə qoşulmaqla, balansları özlərindən xəbərisz boşaldılır.

Bununla bağlı ilk etirazı APA holding-in əməkdaşı Nizam Rzayev dilə gətirdi.

Həmin vaxtı Mia.az sosial şəbəkədə yazılan bu etirazı ictimailəşdirdi. Şirkət isə məsələyə rəsmi izahat vermək əvəzinə, sayta zəng edib, yazının çıxarılmasını istəyib...

Bunun ardınca isə jurnalist Taleh Şahsuvarlı "Bakcell"in balans oğurluğuna daha sərt etiraz bildirib.

Sonuncu dəfə isə "Azvision.az" saytının baş redaktoru Vüsal Məmmədov "Feysbuk"da belə "üsyan" etmişdi:

"Telefona 10 manat yüklədim, heç nə danışmadığım halda, 3 günə qurtardı. Birinci dəfə dedim, yəqin nəsə texniki səhv olub. İkinci dəfə dedim, içinə zəhər, indi nə məsələdir görəsən? Üçüncü 10 manat da üç günə qutarandan sonra getdim Bakcell-in müştəri xidmətlərinə".
Onun sözlərinə görə, müştəri mərkəzində ona izah ediblər ki, guya hansısa kənar şirkətlərin servislərinə qoşulub: ""Vialink", "Simtoday", "Navigator", sizin it bizim örkəni apardı... Hamısının da adını birinci dəfə idi eşidirdim. Nə qədər and-aman elədim ki, mən belə zir-zibilə qoşulmamışam, xeyri olmadı. Bir siyahı verdilər ki, həmin şirkətlərə bir-bir zəng vurub, xidmətlərini ləğv etdirim.

Heç vaxt qoşulmadığım "xidmət"ləri ləğv etdirmək üçün durub itə-qurda zəng vururam...

Özü də "xidmət" sözü heç yerinə düşmür, xidmətin insana hansısa faydası olar, bu isə açıq-aşkar cibgirlikdir. Sadəcə, cibgirliyin yüksək texnoloji formasıdır. Bakcell, 10 ildən çoxdur sizin müştəriyəm, sizə şirkət olaraq həmişə hörmətlə yanaşmışam, amma bu, nə deməkdir? Bu fırıldaqçılara niyə meydan vermisiniz? Çəkin bunların əlini camaatın cibindən!..

Hər şey cəhənnəmə, sizin adınıza yaraşdırmıram...".
Jurnalistlərin ağzı qapadılır: “Bakcell“in PR menecerləri iş başında
Jurnalistlərin ağzı qapadılır: “Bakcell“in PR menecerləri iş başında

Şərhlər

XƏBƏR LENTİ