SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » 275 SAYLI MƏKTƏBDƏ MAY AYI DİREKTOR VƏ ZAVUÇLARIN TOY AYINA,MÜƏLLİMLƏRİN ISƏ VAY AYINA ÇEVİRİLİB

275 SAYLI MƏKTƏBDƏ MAY AYI DİREKTOR VƏ ZAVUÇLARIN TOY AYINA,MÜƏLLİMLƏRİN ISƏ VAY AYINA ÇEVİRİLİB

Tarix:

3-05-2018, 15:00

/ 5 829 dəfə oxundu.
275 SAYLI MƏKTƏBDƏ MAY AYI DİREKTOR VƏ ZAVUÇLARIN TOY AYINA,MÜƏLLİMLƏRİN ISƏ VAY AYINA ÇEVİRİLİB

275 saylı məktəbin direktoru “xoşbəxtliyə gedən yollar”a şəraiti necə yaradır?

Elə ki, atılan addımlarla bağlı Fəridə Şərifova məlumatlandırılır, o zaman o, şagirdlərə əsəbi halda “gedin işinizlə məşğul olun, bu cür “panika”lara uymayın deyir
Bir-iki gün bundan öncə Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeçiliyində fəaliyyət göstərən 275 saylı orta məktəbdə baş verən olaylarla bağlı Deryaz.az saytında dərc etdilən açıqlamadan sonra, adı çəkilən təhsil müəssisəsində yoxlamalar aparılır. Buna adı çəkilən quruma tərəfimizdən ünvanladığımız müraciət səbəb olur. Düzdür, təhsil ocağında gözətçi işləyən Ramin Əliyevin atdığı addımla bağlı həmin vaxtlarda müəyyən araşdırmalar aparılsa da, son anda lazımi nəticə ortaya qoyulmur. Deryaz.az saytı olaraq əldə etdiyimiz bəzi səhih məlumatlara görə, səthi araşdırmaların aparılmasında direktor Fəridə xanım Şərifovanın “işarəverən bağrmağı” mühüm rol oynayır. Belə ki, Bakı şəhəri üzrə Təhsil İdarəsindən 275 saylı orta məktəbə ezam olunan Nazim müəllimlə bərabər, Sərxan müəllim də nədənsə araşdırmanı lazımi səviyyədə aparıb, baş verənlərlə bağlı ictimaiyyəti ətraflı məlumatlandırmağa heç də cəhd etmirlər. Yəni, “əsərin qəhrəmanı”na çevrilən Ramin Əliyevin 9-cu sinif şagirdini götürüb qaçması faktını ört-basdır etməyə çalışırlar. Elə ki, Deryaz.az saytı olaraq belə bir “nataraz araşdırma” haqda lazımi məlumatları əldə etdik, o halda Təhsil Nazirliyinin rəsmi vəzifə sahiblərini baş verənlərlə məlumatlandırmağa məcbur olduq. Bakı şəhəri üzrə Təhsil İdarəsindən 275 saylı orta məktəbə ezam olunan və hər iki vəzifə sahibinə məxsus avtomobillərin şəkillərini çəkib redaksiyamıza təqdim edən mənbə bildirir ki, həmin gün adları çəkilən şəxslər heç də lazımi araşdırmalar aparmağa deyil, birbaşa hansısa maraqlarını təmin etməyə çalışırlar.

Diqqəti o məqama da yönəldək ki, Təhsil Nazirliyi baş verənlərlə bağlı müəyyən mənada məlumatlandırıldıqdan sonra, Bakı şəhəri üzrə Təhsil İdarəsinin iki nəfər əməkdaşı ilə bərabər, daha üç nəfər əməkdaşı da, adı çəkilən təhsil müəssisəsində araşdırmalar aparırlar. Maraqlı hal odur ki, Nazim müəllimlə bərabər, Sərxan müəllim də iki gün bundan əvvəl günün birinci yarısında 275 saylı orta məktəbdə təkrar olurlar və Ramin Əliyevin 9-cu sinif şagirdini götürüb qaçması faktını araşdırmaq əvəzinə, məktəbin həndəvərindəki kameralarda çəkilişləri həyata keçirən şəxsin kimliyini müəyyən etməyə çalışırlar. Yəqin ki, məqsədləri həmin şəxsin kimliyini müəyyən etmək və ona qarşı lazımi addımlarını atmaq olub. Həmin saatlarda vəzifə sahibi olan bu əxslər heç də ehtiyatı əldən vermirlər və bu dəfə onlar idarə etdikləri nəqliyyat vasitələrini 279 saylı məktəbə yaxın ərazidə saxlayırlar. Belə bir məlumat da əldə etmişik ki, araşdırma aparmağa gələn şəxslərdən birinin adı Şirindil olsa da, bu şəxs heç də adına uyğun şirin addım atmır və yaşanan olayla bağlı lazımi araşdırılmaların aparılmasına cəhd göstərir. ( Hələlik bilmək olmaz. Bəlkə də Şərifovanın kamandasının «şirin dili»onu da muma döndərəcək)
Xüsusi vurğulanası hal odur ki, məktəbdə yoxlamalar aparılan zaman bu təhsil müəssisəsinin müəllimləri Natella Musayeva, Şahab İsayev, Ayişə Məmmədova, Bağdad Ağayeva, və Xədicə İsayeva sinifləri bir-bir gəzərək şagirdlərə tapşırırlar ki, “yoxlama aparan şəxslər sizə sual verərlərsə o zaman deyin ki, bu məktəbdə nə buçaq söhbəti, nə də ki, məktəbin “krışa”sına çıxanlar olub”. Belə bir addımların atılmasında daha çox canfəşanlıq edən Natella Musayeva ilə bərabər, Şahab İsayev olur. Hətta, adı çəkilən bu şəxslər ərizə də düzüb-qoşurlar və adları siyahıda olan şagirdlərə imza atdırırlar ki, guya məktəbdə heç bir hadisə baş verməyib. Əslində bıçaq söhbəti olub və bıçağı Arzu Elyarovanın sinifində təhsil alan 8E sinif şagirdi Şəfa, Simuzər Qocayevanın sinifində oxuyan 5E sinif şagirdi Nuranənin qardaşına çəkir. Belə bir səbəb üzündən də, hər iki şagirdin valideyinləri baş verən hadisə ilə bağlı polis bölməsinə şikayət edirlər. Bundan əlavə, Aynurə Məmmədovanın 11A sinifindən Fikrət, Arzu Eliyarovanın 8E sinifindən Elxan, Mehparə Surxayevanın 9A sinifindən Pərviz, Leyli Abdullayevanın 9B sinifindən Kənan şagirdlər “krışa”ya çıxaraq deşik açırlar və Sahilə Cəfərovanın 9D sinifində təhsil alan A….a baxırlar. Həmin an adı çəkilən şagird mənzərəni görür və halı olduqca dəyişir. Elə ki, atılan addımlarla bağlı Fəridə xanım Şərifova məlumatlandırılır, o zaman o, şagirdlərə əsəbi halda “gedin işinizlə məşğul olun, məktəbdə bu cür “panika”lara uymayın” .

Həmin gün təhsil ocağına üz tutan və övladının götürülüb qaçırılmasına kəskin narazılığını ifadə edən X(ad şərtidir) şagirdin anası, baş verənlərlə bağlı məktəbin direktorunu birbaşa “topa tutur”. Çünki, minbir əzab-əziyyətlə övlad böyüdən ana qeyd edir ki, “əgər rəhbərlik nəzarətini lazımınca həyata keçirsəydi, məktəbin zirzəmisindəki otaqların açarlarını Ramin Əliyevə verməsəydi, hətta qızımla oğlanın mütəmadi görüşməsi haqda xəbərdar olub və atılan addımlarla bağlı zamanında qabaqlayıcı tədbirlərini görsəydi, yəqin ki, o halda belə bir biabırçılıq da baş verməzdi”. Hətta, o, məktəbin direktor müavini olan Ayşə Məmmədovadan başqa, Natəvan və Arzu bacıları ilə də ciddi mübahisələr aparır və “mən bu məktəbə XƏZƏR TV-ni gətirəcəyəm, qoy onlar çəkilişlər aparıb əsl həqiqətləri hər kəsə çatdırsınlar” deyir.. (Dəryaza.az saytına istinad etmədən məqaləni öznünküləşdirmək, birbaşa tərbiyəsizlikdir) Əldə etdiyimiz məlumatlara görə, yaşananlarla bağlı qızın anası direktorla ciddi davaları olsa da, artıq may ayının 12-də onların böyük toy məclislərinin olacağı bildirilir.
Ümumiyyətlə, bu gün Fəridə xanım 275 saylı məktəbdə elə bir idarəçilik forması tətbiq edir ki, “görüb eşidən yal lal, ya da ki, kor olur”. Məsələn, adı çəkilən təhsil müəssisəsində yaşananlarla bağlı məlumatları Dəryaz.az saytına çatdıran mənbə onu da bildirir ki, bu gün məktəbin ştat cədvəlində adı xadimə gedən, amma özü qapıçı vəzifəsini daşıyan Qətibə Həsənova, sanki bu təhsil müəssisəsinin qapısını “xəstəxana qapı”sına çevirib. Kənardan müşahidə etdikdə o da bəlli olur ki, bu şəxs qapıçılıqdan daha çox, söz aparıb söz gətirməklə, açıq-aşkar şəkildə desək “sfilyorluq” etməklə məşğul olur. Məktəbdə texniki işçi olan Şamxal adlı şəxs isə (Məktəbdə ona hətda 50 manatlıq Şamxal ləqəbi də qoyublar), sanki özünü direktorun tərbiyə işləri üzrə müavini kimi aparır. O, çox zaman şagirdləri otağa salır ki, guya tərbiyələndirəcək. Əslində bu şəxs şagirdləri kobudcasına təhqir edir, sillə ilə vurur, onlara əziyyət verir. Hətta, elə bir vəziyyət yaradır ki, Şamxalın qorxusundan şagirdlər valideyinlərinə nəsə deməyə belə cürət etmirlər, desələr onları növbəti dəfə cəza gözləyə bilər. Texniki işçi vəzifəsini daşıyan bu şəxs, iş otağının bir hissəsində özü üçün təmtəraqlı mətbəx də düzüb-qoşub. Sanki, o məktəbə işə deyil, istirahətə gedir. Bu şəxs ixtisasca riyaziyyat müəllimi olan bacısı Sara Dərgahovanın hazırlıq kursları tədris etməsi üçün, ona lazımi şərait də yaradıb.
Bundan əlavə o hal da vurğulanasıdır ki, məktəbin rəhbərliyində vəzifə sahibi olan şəxslərin yaxınlarından kimin ad günü hansı günə düşürsə, rəhbərlik həmin günə “açıq dərs” salır və valideyinlərin “açıq dərs”ə gətirdikləri tortu, yaxud da digər hədiyyələri açıq dərsdən sonra həmin məclislərə aparırlar. Yəni, belə bir addımların atıldığını təsdiq etmək üçün, Günay xanımın təşkilatçılığı ilə Sevinc müəllimənin sinifindən açıq dərs keçmək üçün hər şagirddən “1 man 50 qəpik pul yığıldığını sübut edən səs yazısı yayılıb.

Deryaz.az

275 SAYLI MƏKTƏBDƏ MAY AYI DİREKTOR VƏ ZAVUÇLARIN TOY AYINA,MÜƏLLİMLƏRİN ISƏ VAY AYINA ÇEVİRİLİB
275 SAYLI MƏKTƏBDƏ MAY AYI DİREKTOR VƏ ZAVUÇLARIN TOY AYINA,MÜƏLLİMLƏRİN ISƏ VAY AYINA ÇEVİRİLİB

Şərhlər

XƏBƏR LENTİ