SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » SOCAR-ın şöbə rəisinə pul “atan”a hökm oxundu

SOCAR-ın şöbə rəisinə pul “atan”a hökm oxundu

Tarix:

3-05-2018, 13:35

/ 1 550 dəfə oxundu.
SOCAR-ın şöbə rəisinə pul “atan”a hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində SOCAR-ın şöbə rəisinə pul "atmaqda" təqsirləndirilən "Global" MMC-nin direktoru Tərlan Yusubov, Əli Əhədov və Rüfət Musayevə hökm oxunub.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə kollegiyasının hökmü ilə hər üç şəxsə şərti cəza verilib. Onlar istintaq zamanı həbs edilmədikləri üçün sərbəst qalıblar.

İttihama görə, adıçəkilən şəxslər Bakı şəhər sakini Vüqar Həsənovun övladı Humay Həsənlinin xaricdə ali məktəblərdən birinə daxil olacağı, bundan 1 il sonra isə Azərbaycan Dövlət İqtisad Universitetinə köçürüləcəyini vəd edib. O, bu yolla qohumu Rüfət Musayevin vasitəsi ilə Vüqar Həsənovdan ayrı-ayrı vaxtlarda ümumilikdə 39 min 700 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib.

Qeyd edək ki, zərərçəkmiş Vüqar Həsənov SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Avtomatika və Metrologiya Departamentinin Avtomatik İdarəetmə Sistemləri Şöbəsinin rəisidir.

Şərhlər

XƏBƏR LENTİ