SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Binə” Ticarət Mərkəzində özbaşınalıq - Sahibkarlar narazıdır

“Binə” Ticarət Mərkəzində özbaşınalıq - Sahibkarlar narazıdır

Tarix:

2-05-2018, 22:34

/ 1 577 dəfə oxundu.
“Binə” Ticarət Mərkəzində özbaşınalıq - Sahibkarlar narazıdır

“Binə” Ticarət Mərkəzində mağazaların sahibləri və icarədarların vergi yığımları artırılır.

Sahibkarların “Cümhuriyət” qəzetinə verdiyi məlumata görə, ticarət mərkəzində hər dükan üçün ümumiləşmiş müəyyən bir vergi tətbiq olunur. Onların sözlərinə görə, vergilərin məbləği cərgələrdən asılı olaraq dəyişilir:

“Əvvəllər işləməyən cərgələr üçün ümumiləşmiş vergi 150 manat tətbiq olunurdusa, indi həmin məbləğ 250 manat olub. Digər cərgələrdə isə 300 manat olan vergi rüsumu 400 manat, 500 manat olan isə 600 manat olub. Bugünkü gündə ölkədə vergi, gömrük sistemində olan problemlərin aradan qaldırılması üçün yeni kadr islahatları həyata keçirilir. Bütün bunların fonunda qəflətən “Binə” Ticarət Mərkəzində vergiləri artırırlar. Burada çalışan sahibkarlar üçün maraqlıdır, görəsən, vergilərin artırılması yuxarıdan göstərilən təlimat əsasındamı baş verir, yoxsa, Kəbirə Məmmədova həmişə olduğu kimi gecə yuxuda gördüklərini səhər reallaşdırmaqla məşğuldur? Heç bir səbəb olmadan, əsassız yerə tənəzzül dövründə vergiləri artırmaq reallığa nə dərəcədə uyğundur? Dövlət başçısı dəfələrlə öz çıxışlarında bildirib ki, sahibkarlara, iş adamlarına dəstək olmaq lazımdır. Dəstək budurmu? Vətəndaş olaraq bu suallara cavab axtarırıq”.

İş adamları “Binə” Ticarət Mərkəzindəki özbaşınalıqların tək bununla bitmədiyini də vurğulayıblar:

“Buna əyani sübut kimi kassa aparatlarını göstərmək olar. Aydın məsələdir ki, topdansatış ticarət mərkəzlərində kassa aparatı işləmir. Çünki burada olunan ticarətin yarıdan çoxu nisyə üzərində qurulur. Topdansatış mərkəzlərində nağd ödənişlə ticarət bir qədər mümkünsüzdür. Amma hər ay işləməyən kassa aparatının təmiri adı altında sahibkarlardan pul alırlar.

Dünyada mövcud praktika var, elektrik enerjisindən istifadə sayğacla müəyyənləşir. İstənilən obyektə sayğac quraşdırılır, ay ərzində nə qədər elektrik sərfiyyatı olubsa, onun haqqı ödənilir. Ancaq Kəbirə Məmmədovanın iş prinsipi fərqlidir. O, elektrik tarifini dükandakı lampaların sayına görə müəyyən edir. 40 kvadratlıq bir dükan ayda 143 manat işıqpulu ödəyir. Hansı ki, bu mağazaya sayğac qoyulsa, 1 aylıq enerji sərfiyyatı maksimum 40-50 manat olar. Bazar rəhbəri sahibkarlardan iki dəfə çox elektrik enerjisi haqqı yığır”.

Sahibkarların sözlərinə görə “Binə” Ticarət Mərkəzində vəziyyət acınacaqlıdır, hər hansı ödəməyə görə elektron qaimə-fakturası da yoxdur:
“Məlumdur ki, hər bir vergi ödəyicisi sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı qaimə-faktura və ya elektron qaimə-faktura verməyə borcludur. Amma bu ticarət mərkəzində sahibkarlardan alınan pullar üçün heç bir qaimə verilmir. Reallıqda hər bir sahibkarın VÖEN-i var. Sahibkar gedib öz vergisini banka ödəyə bilməz. İş adamı vergini banka ödəyib qəbzi rəhbərliyə təqdim edəcəyini desə də, bazar rəhbərliyi bununla razılaşmır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər məcburi dövlət sosial sığorta haqqının ödəyiciləri hesab olunurlar. Məlumdur ki, ticarət və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 50 faizi məbləğinin, digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər isə 20 faizi məbləğinin - Bakı şəhərində 100 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər. Hər bir iş adamı öz DSMF hesabına aylıq 35 manat vəsait ödəməlidir. Ən acınacaqlısı budur ki, bazar rəhbərliyi bir fiziki şəxsin öz DSMF hesabına ödəniş edib qəbz gətirməsilə razılaşmır. Həmin pulu nağd şəkildə özləri üçün yığırlar. Bu vəsaiti də bazarda çalışan fiziki şəxslərin sayına vuranda ay ərzində böyük bir məbləğ edir”.

Şərhlər

XƏBƏR LENTİ