SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Dövlət qulluğuna qəbul qaydası dəyişdi

Dövlət qulluğuna qəbul qaydası dəyişdi

Tarix:

1-05-2018, 15:41

/ 3 787 dəfə oxundu.
Dövlət qulluğuna qəbul qaydası dəyişdi

Dövlət qulluğu haqqında qanun layihəsinə dəyişiklik edilib

Qanun layihəsi barədə məlumat verən millət vəkili Əli Hüseynli bildirib ki, bu dəyişiklik icra hakimiyyəti orqanlarında çalışanlara aid edilir:
“Bildiyiniz kimi dövlət qulluğuna qəbul şərtlərinə görə, dövlət qulluğunda çalışan şəxslər təkrar imtahanda iştirak edərək, vəzifəyə qəbul edilirlər. Lakin bu bənd icra hakimiyyətlərində çalışanlara aid edilmirdi. Həmin şəxslər icra hakimiyyəti orqanı rəhbərinin qərarı ilə yalnız müsahibə yolu ilə vəzifəyə qəbul edilirdi.
Bu dəyişikliklərdən sonra yerli icra hakimiyyətində çalışan şəxs də dövlət qulluqçuları ilə eyni qaydada vəzifə tutacaq. Əvvəlki qayda bərabərlik hüquqnu pozurdu. Hesab edirəm ki, dövlət başçısı tərəfindən təklif edilən bu dəyişiklik həm ədalət prinsipini bərpa edir, həm də bərabərlik hüququnu təmin edir”.

Şərhlər

XƏBƏR LENTİ