SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Nizami rayonunda 50 qaçqın ailəsi bağçada zillət içində - Video

Nizami rayonunda 50 qaçqın ailəsi bağçada zillət içində - Video

Tarix:

24-02-2017, 00:32

/ 1 833 dəfə oxundu.
Nizami rayonunda 50 qaçqın ailəsi bağçada zillət içində - Video

Bakının Nizami Rayon Məhkəməsinin yaxınlığında ürəkparçalayan mənzərə var

Məlumatına görə, rayonun Mehdi Abbasov küçəsindəki keçmiş uşaq bağçasının binasında və özbaşına tikilən gecəqondularda 50-yə yaxın məcburi köçkün ailəsi yaşayır.

Məcburi köçkünlər həyat şəraitinin pis, maddi durumlarının ağır olmasından şikayətlənirlər. Gecəqondularda vəziyyət lap pisdir.

Ətrafı dəmir laylar ilə əhatələnmiş gecəqonduların içərisinə kartondan arakəsmələr düzəldiblər. Köçkünlər deyirlər ki, dövlətin onlara verdiyi 20 manat çörək puluyla dolana bilmirlər. Məcburi köçkünlər işıq sayğaclarının quraşdırılmasına da etiraz edirlər.

“Yağış yağanda vanna qoyuruq ki, döşəməyə tökülməsin. Yaşayışımız budur. Yaman gündəyik. Biz ev istəmirik, torpaqlarımıza qaytarsınlar. Həyatımız gedir.

Məmurların milyonlara tikdiyi villalar var, bizim həyatımıza baxın. Atletlər kəndi salıblar, evləri satırlar. 40 ev boş qalıb, bizə niyə vermirlər?
Sayğac qoyulmasına qarşıyıq. Yurd-yuvamıza gedək orda sayğac quraşdırsınlar. Bu vaxta kimi hardaydılar, indi pul lazımdır deyə sayğac qoyurlar?”

Prezident İlham Əliyev “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Fərmanın 1-ci hissəsində “məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər” sözlərindən sonra “(fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla)” sözləri əlavə edilir.

fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sayını, məskunlaşma yerlərini və adlı siyahılarını aidiyyəti şəhər (rayon) icra hakimiyyətləri, “Azəriqaz” İstehsalat Birliyi, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə birgə müəyyən etsin;

3.2. bu Fərmanın 3.1-ci bəndində nəzərdə tutulmuş məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak olunan təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların mərkəzləşmiş qaydada birbaşa “Azəriqaz” İstehsalat Birliyinə, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə və məişət tullantılarının daşınmasını həyata keçirən müvafiq xidmət təşkilatlarına ödənilməsini təmin etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Şərhlər

XƏBƏR LENTİ