SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sabah 27 dərəcə isti olacaq

Sabah 27 dərəcə isti olacaq

Tarix:

1-05-2018, 14:10

/ 1 056 dəfə oxundu.
Sabah 27 dərəcə isti olacaq

Mayın 2-də gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

Cənub küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 9-13, gündüz 18-23, Bakıda gecə 10-12, gündüz 20-22 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək - 767 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında mayın 2-də hava şəraitinin yağmursuz keçəcəyi, bəzi qərb rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 8-13, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, mayın 2-4-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Şərhlər

XƏBƏR LENTİ