yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Bakıda bağçada insident: - Uşaq döyülüb, yoxsa yıxılıb?

Bakıda bağçada insident: - Uşaq döyülüb, yoxsa yıxılıb?
27-04-2018, 09:54 89 dəfə baxılıb

Bakıda valideynlər polisə uşaq bağçasında qızlarının döyüldüyü barədə şikayət ərizəsi veriblər. Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından bildiriblər.

Əldə etdiyimiz məlumata görə, şəhər sakini Aysel Planova Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinə 3-cü mikrorayon ərazisində yerləşən 16 saylı uşaq bağçasının tərbiyəçisindən şikayət edib. Qadın bildirib ki, aprelin 19-da uşağını bağçadan götürərkən onun gözünün altının göyərdiyini görüb. Valideyn bununla bağlı beş yaşlı qızı Dənizin tərbiyəçisi Q.A.-dan şikayətçidir.
Sputnik Azərbaycan-ın əməkdaşı bu insidentlə bağlı 16 saylı uşaq bağçasının direktoru Yeganə Kərimovaya zəng edib. Telefona onun əvəzindən bağçanın başqa əməkdaşı cavab verib və bildirib ki, Kərimovanın köməkçisidir.
Telefona cavab verən şəxsin sözlərinə görə, insident artıq çoxdan yoluna qoyulub. Valideynlər polisə verdikləri şikayət ərizəsini geri götürüblər. Qeyd etmək lazımdır ki, şikayət aprelin 23-də verilib.
Uşaq bağçasının nümayəndəsinin sözlərinə görə, məsələni aydınlaşdırmaq üçün uşağın anasını bağçaya dəvət ediblər. Uşaq anasını aldadıb və məlum olub ki, o, yıxılarkən zədə alıb.
"Qız özü deyib ki, "ana, mən səni aldatmışam, özüm yıxılmışam". O uşaq çox dəcəldir, bir dəqiqə bir yerdə dura bilmir" — deyə tərbiyə müəssisəsinin nümayəndəsi zədə almış uşağı xarakterizə edib.
Uşaq bağçasında qeyd ediblər ki, uşağın döyülməsi ilə bağlı heç bir sübut yoxdur. Çünki bağça köhnə tiplidir və orada müşahidə kameraları quraşdırılmayıb.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, bu yaxınlarda insan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova uşaq bağçalarının Təhsil Nazirliyinin tabeçiliyinə verilməsi təşəbbüsü ilə çıxış edib.
Bu təşəbbüsü təhsil sahəsinin eksperti Kamran Əsədov da dəstəkləyib. Onun sözlərinə görə, nə qədər ki, uşaq bağçaları yerli icra hakimiyyətlərinə tabedir, valideynlər bütün günü uşaqlarla bağlı qapılar arxasında məşğul olan tərbiyəçilərə hansı strukturların nəzarət etməli olduğunu, həmçinin onlardan kimə şikayət etmək lazım gəldiyini bilmirlər. Odur ki, uşaq bağçaları tərbiyə müəssisələri olaraq Təhsil Nazirliyinin balansına verilməlidir.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

26-05-2018


25-05-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ