yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

275 saylı məktəbdə şok olay - Gözətçi 9-cu sinif şagirdini götürüb qaçdı - FOTO

275 saylı məktəbdə şok olay - Gözətçi 9-cu sinif şagirdini götürüb qaçdı - FOTO
26-04-2018, 16:46 1 093 dəfə baxılıb

275 saylı məktəbdə şok olay yaşanıb

Bakı Baş Təhsil İdarəsinin tabeçiliyində fəaliyyət göstərən 275 saylı məktəbdə baş verən olaylar nəinki bu günün, hətta ötən illərin də ən aktual mövzularından biri olub. Adı çəkilən təhsil ocağında yaşananlar, çox zaman bu təhsil müəssisəsinin başı üzərində “qaranlıq kabus”un dolaşmasından da xəbər verir.

Bu günlərdə baş verən növbəti olay isə, yeni bir qalmaqalın varlığından xəbər verir. Belə ki, bir-iki saat bundan əvvəl redaksiyamıza daxil olan məlumata görə adı çəkilən təhsil müəssisəsinə rəhbərlik edən Fəridə Şərifovanın 275 saylı məktəbdə gözətçi işləyən bacısı oğlu Ramin adlı şəxs, həmin məktəbin 9A sinifində təhsil alan X (ad şərtidir) adlı şagirdi götürüb qaçır.

Yaşanan olayla bağlı belə bir məlumat da əldə etmişik ki, X.. bu həftənin 1-ci günü məktəbə gəlir və təhsil ocağında gözətçi işləyən Ramin adlı şəxsə məxsus mobil telefon nömrəsini sinif yoldaşından əldə edərək, ona “gəl 20 Yanvarda görüşək” deyir. Deyilənlərə görə Ramin 9A sinif şagirdi olan X-nı Bakı şəhərinin Nardaran qəsəbəsinə götürüb qaçır. Baş verənlərlə bağlı qızın qardaşına zəng olunduqda o, “mən bu haqda məlumatsız olduğumdan heç nə deyə bilmərəm” deyə cavab verir.

P.S. Hal- hazırda BTİ -nin Daxili Nəzarət Şöbəsi tərəfindən 4 nəfər inspektor araşdırma aparır. İnanırıq ki, BTİ-nə ünvanladığımız məktuba cavab olaraq araşdırmanın nəticəsi barədə redaksiyamıza məlumat veriləndən sonra bu mövzuya yenidən qayıdacağıq.

Mövzu diqqətimizdədir.

Azərnfo.az
275 saylı məktəbdə şok olay - Gözətçi 9-cu sinif şagirdini götürüb qaçdı - FOTO
275 saylı məktəbdə şok olay - Gözətçi 9-cu sinif şagirdini götürüb qaçdı - FOTO
275 saylı məktəbdə şok olay - Gözətçi 9-cu sinif şagirdini götürüb qaçdı - FOTO
275 saylı məktəbdə şok olay - Gözətçi 9-cu sinif şagirdini götürüb qaçdı - FOTO
275 saylı məktəbdə şok olay - Gözətçi 9-cu sinif şagirdini götürüb qaçdı - FOTO


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

18-10-2018


17-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ