SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Heydər Əsədov məsuliyyətə cəlb olunacaq - yeyinti aşkarlandı

Heydər Əsədov məsuliyyətə cəlb olunacaq - yeyinti aşkarlandı

Tarix:

25-04-2018, 17:40

/ 2 179 dəfə oxundu.
Heydər Əsədov məsuliyyətə cəlb olunacaq - yeyinti aşkarlandı

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibinin təsdiqlənməsi haqqında sərəncam imzalayıb. Nazirlər Kabinetinin tərkibində keçmiş Kənd Təsərrüfatı naziri Heydər Əsədov yer almayıb.

Unikal.org xəbər verir ki, Heydər Əsədovun vəzifəsindən uzaqlaşdırılması onun işinin öhdəsindən gələ bilməməsi, Kənd Təsərrüfatı sahəsində ciddi porblemlərin aşkar edilməsi ilə bağlıdır. Heç kəsə sirr deyil ki, ölkəmizdə neft hasilatının ildən-ilə azalması, dünya bazarında neftin qiymətinin aşağı düşməsi höküməti qeyri-neft sektoruna, xüsusilə də aqrar sahəyə, kənd təsərrüfatına diqqəti artırmasına səbəb olub.

Ölkə başçısının bir-birinin ardınca verdiyi sərəncamlar, hər dəfə çıxışlarında kənd təsərrüfatına ayrılan subsidiyaların paylanılması zamanı yeyinti faktlarının olmasına toxunması, 2015-ci ili "Kənd Təsərrüfatı ili” elan etməsi də sübut edir ki, hökumət qeyri-neft sektorunun inkişafında maraqlı olduğunun göstəricisi idi. 2013-cü ildə məhz bu sahədə inkişafın artırılması məqsədilə kənd təsərrüfatı nazirinin dəyişdirilməsi, ildən-ilə subsidiyaların həmçinin artırılması da istənilən nəticəni vermədi. Məhz bu səbəbə görə, ölkə başçısı Nazirlər Kabinetinin 2016-cı ilin son iclasında da eyni məsələyə təkrar toxundu. Keçmiş nazir Heydər Əsədov məhsuldarlığın az olmasını quraqlıqla əlaqələndirməyə çalışsa da, ölkə başçısı ona son sözünü və lazimi xəbərdarlığını edərkən belə demişdi:

"İndi kənd təsərrüfatı naziri bəlkə də demək istəmirdi... Dedi ki, taxılın az olması quraqlıqla bağlıdır... Təkcə quraqlıqla bağlı deyil. Çünki əvvəllər qiymətlər şişirdilirdi. Nəyə görə? Subsidiyalara görə. Məgər burada oturanlar bilmir subsidiyalarda hansı pozuntular baş verirdi? Yaxşı bilir və bəziləri bu pozuntuların iştirakçılarıdır. Ona görə buna son qoyulmalıdır. Dövlət bu pulu fermerlərə verir, məmurlara yox...”.

Prezident bununla da xalqın çörəyinə göz dikənlərə ən üst səviyyədə sözünü desə də, Heydər Əsədovu əməllərindən çəkmədi. Ölkəmizin illik taxıl təlabatı 1,7 milyon ton olduğu halda özümüz 3 milyon ton taxıl yığmışıq. Bunun əvəzində isə xaricdən ölkəmizə gətirilən taxılın həcmi 1,3 milyon ton olub. Dövlət Statistika Komitəsindən verilən bülleten-məlumatlardan bəlli olur ki, 2014-cü ildə ölkədə 2,3 milyon ton, 2015-ci ildə isə 2,7 milyon ton, 2017-ci ildə 2, 928 milyon ton taxıl istehsal olunub.

Təəssüflər olsun ki, 2016-cı illə müqayisədə 2017-ci ildə taxıl istehsalı 4,4% və ya 136,237 min ton azalıb. 2016-cı ildə Azərbaycanda 3 milyon 65,1 min ton taxıl istehsal edilmişdir.

Taxılçılıqda məhsuldarlığın az olması Heydər Əsədovun üzünü ağ etmədi. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində və çoxillik əkinçilikdə istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin subsidiyaların verilməsi nəzərdə tutulurdu. Lakin bu qeyri-qanuni yeyintilərə yol açdı, yəni icra nümayəndələri ilə fermerlərin arasında müəyyən danışıqlar aparılmaqla, əkin sahələrinin həcmi daha çox göstərildi və subsidiyalar süni şəkildə artırılaraq, mənimsənildi. Bunun nəticəsində məhsulun həcminin və keyfiyyətinin getdikcə aşağı düşməsinə və nəticədə məhsul istehsalına heç bir stimullaşdırıcı təsirin olmamasına gətirib, çıxardı.

Məsələ bununla da bitmir. Heydər Əsədovun adamları "Aqrolizinq” ASC-nin vasitəsilə qulluq mövqeyindən sui-istifadə edib, kənd təsərrüfatı məhsullarının istehsalçılarına güzəştli şərtlərlə satılması nəzərdə tutulan mineral gübrələri kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan ayrı-ayrı şəxslərin adlarına satılmasını rəsmiləşdirməklə külli-miqdarda gəlir əldə ediblər.

Sadaladığımız faktlar Heydər Əsədovun kənd təsərrüfatı sahəsindəki "fəaliyyəti”nin təzahürüdür.

Unikal.org-un əldə etdiyi məlumata görə, bu kimi yeyinti halları, Kənd Təsərrüfatı nazirliyinin keçmiş rəhbərinin maliyyə maxinasiyası aidiyyatı qurumlar tərəfindən araşdırılacaq. Bu da onu deməyə əsas verir ki, Heydər Əsədov qeyri-qanuni yolla əldə etdiyi milyon manatlarla pulun hesabını verməli olacaq. Onun məsuliyyətə cəlb olunma ehtimalı da təxmin edilir.

Şərhlər

XƏBƏR LENTİ