SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » İlham Əliyev yeni ekologiya nazirini təyin etdi

İlham Əliyev yeni ekologiya nazirini təyin etdi

Tarix:

23-04-2018, 19:31

/ 1 911 dəfə oxundu.
İlham Əliyev yeni ekologiya nazirini təyin etdi

Prezident İlham Əliyev Ekologiya və təbii sərvətlər nazirinin təyin olunması haqqında sərəncam imzalayıb.

xalqxeber.az-ın məlumatına görə, sərəncama əsasən Milli Məclisin deputatı Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri təyin olunub.

Qeyd edək ki, M. Babayevə qədər Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov idi.

Məlumat üçün bildirək ki, Muxtar Babayev 1967-ci ildə Bakı şəhərində anadan olub.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin, Azərbaycan Dövlət İqtisad İnstitutunun və Ümumrusiya Xarici Ticarət Akademiyasının məzunudur.

Əmək fəaliyyətinə 1991-ci ildə Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində başlayıb.

1992-1994-cü illərdə Xarici İqtisadi Əlaqələr Nazirliyinin idarəsində rəis müavini, rəis, 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Xarici İqtisdai Əlaqələr İdarəsində şöbə müdiri, rəis müavini, 2003-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində rəis müavini, sonradan rəis, 2007-2010-cu illərdə isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekoloji məsələlər üzrə vitse-prezidenti vəzifələrində çalışıb.

2010-cu ildən isə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azərikimya” İstehsal Birliyinin Müşahidə Şurasının sədri vəzifəsində çalışıb.

7 noyabr 2010-cu ildə keçirilmiş parlament seçkilərində 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.

Şərhlər

XƏBƏR LENTİ