yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Bakıda yüzlərlə insanı narazı salan problem - "Milli ön" aparatları işləmir

Bakıda yüzlərlə insanı narazı salan problem -
23-04-2018, 12:33 228 dəfə baxılıb

Bakı şəhəri Moskva prospektində (“Şamaxinka” kimi tanınan ərazi, üzü mərkəzə doğru) yerləşən dayanacaqdakı “Milli ön” aparatlarının işləməməsi adi hal alıb. Sərnişin axınının çox olduğu ərazidəki aparatların sıradan çıxması ilə bağlı mətbuatda dəfələrlə yazılsa da, bu gün eyni problem növbəti dəfə yaşanıb. Belə ki, rayonlardan, Sumqayıtdan, Xırdalandan və digər böyük qəsəbələrdən şəhərə gələn yüzlərlə insan aparatların işləməməsi səbəbindən kartlarına gediş haqqı yükləyə bilməyib. Nəticədə ərazidə böyük insan kütləsi yaranıb, həmçinin nəqliyyatın hərəkətində çətinliklər ortaya çıxıb.

Şikayətçilər bildiriblər ki, dayanacaqdakı 3 aparatdan yalnız “BakıKart”a məxsus olanı işləyir: "Digər iki aparat isə nasazlıq səbəbindən işləmir. Bu problem artıq bir həftədən çoxdur davam edir və hər gün yaşanır".

"Milli Ön" şirkətindən Lent.az-a bildirildi ki, məsələ ilə bağlı müraciət daxil olub və problem gün ərzində aradan qaldırılacaq.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

26-05-2018


25-05-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ