SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Deputat iraqlıya necə “atıb”? - qətl olan “Min bir gecə”də növbəti qalmaqal...

Deputat iraqlıya necə “atıb”? - qətl olan “Min bir gecə”də növbəti qalmaqal...

Tarix:

23-04-2018, 09:34

/ 1 847 dəfə oxundu.
Deputat iraqlıya necə “atıb”? - qətl olan “Min bir gecə”də növbəti qalmaqal...

Adı qalmaqallardan düşməyən, yazıçı-biznesmen kimi tanınan, çıxışları zamanı aşağılayıcı fikirlər səsləndirən, qardaşı oğlu qətlə görə həbs olunan deputat Hüseynbala Mirələmov barəsində prezidentə dosye təqdim olunub

İraq vətəndaşı olan Fadhil Nairooz Abed Abed prezident İlham Əliyevə məktubunda deputatın “Min bir gecə” istirahət mərkəzindəki əməllərini ifşa edib.

Bu barədə İraq vətəndaşının xeberfakt.az-da çap olunan müraciətində deyilir ki, “Min bir gecə” adlı istirahət mərkəzinin sahibi Mirələmov Rauf Hüseynbala oğlu ilə 6 saylı notariat kontorunda reyestrdə 3M-1044 nömrə ilə qeyd edilmiş 01.06.20117-ci il tarixli İcarə müqaviləsi imzalayıblar:

“Bu müqavilə Bakı şəhəri 6 saylı notariat kontorunun xüsusi notariusu Ərəstun İmanov tərəfindən təsdiq edilmişdir.

Həmin müqaviləni Mirələmov Rauf Hüseynbala oğlu əvəzinə, Bakı şəhəri 5 saylı dövlət notariat kontorunda 24.07.2007-ci il tarixdə verilmiş 16467 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi Mirələmov Hüseynbala Fazil oğlu imzalamışdır.

Həmin müqavilənin tələbinə görə "Min bir gecə” istirahət mərkəzinin, (333 kv.m) – icarəçi Qasımov Rəşad Yusif oğluna, (333 kv.m) - Fadhil Nairooz Abed Abednaya və (334 kv.m) - Amjed Mohammed Abed Msaaaraya icarəyə verib.

İcarə müqaviləsinin 5-ci bəndinə görə icarəyə götürən Qasımov Rəşad Yusif oğlu aylıq 2000 manat 00 qəpik (iki min manat sıfır qəpik), Fadhil Nairooz Abed Abed 2000 manat 00 qəpik (iki min manat sıfır qəpik), Amjed Mohammed Abed Msaaara 2000 manat 00 qəpik (iki min manat sıfır qəpik) icarə haqqını İcarəyəverən Mirələmov Rauf Hüseynbala oğluna ödəyirlər.

İcarə müqaviləsinin şərtinə görə icrə haqqının hər ay ödənilməsi nəzərdə tutulsa da, biz icarə haqqının iki illik məbləğini qabaqcadan ödəmişdik”.

Məktubda bildirilir ki, sözügedən istirahət mərkəzini icrəyə götürdükdən sonra orada əsaslı təmir işləri aparılmış, müşahidə kameraları quraşdırılmışdır, çimərlik ətrafına zontiklər quraşdırılmış və s. işlər görülmüşdür. Təxminən 100.000 (yüz min) manata yaxın əlavə vəsait xərclənmişdir.

“Həmin istirahət mərkəzini icarəyə götürməkdə əsas məqsədimiz ərəb turistlərinin Respublikaya cəlb edilməsi və turizimin inkişafında azərbaycanlı dostumuza dəstək vermək olmuşdur.

Bu ilin yay mövsümü yaxınlaşanda istirahət mərkəzinin faktiki sahibi deputat Hüseynbala Mirələmov müqavilə şərtlərini və Azərbaycan Qanunlarını kobud şəkildə pozaraq, bizi məlumatlandırmadan müqaviləni ləğv edərək istirahət mərkəzini başqa şəxsə icarəyə verməklə bizə küllü miqdarda həm maddi, həm də mənəvi ziyan vurmuşdur”.

H.Mirələmovun köməkçisi Elşən adlı şəxs iraqlı biznesmenə deputatın mesajını çatdırıb.

“Bildirdi ki, Mirələmov mənə tapşırıb ki, onları içəri buraxma, “obyekti” başqa adama icarəyə vermişik və sizinlə olan müqaviləni ləğv etmişik.

İcarəyə verən Mirələmov Rauf Hüseynbala oğlunun adından etibarnamə əsasında çıxış edən deputat Hüseynbala Mirələmovun bu qanunsuz əməlləri nə Azərbaycan Respublikası Qanunlarına nə də ki, Beynəlxalq hüquq normalarına uyğun deyildir.

Aprelin 9-da Sizin sədrliyiniz ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasdakı çıxışınız ümüd yaratdı ki, baş vermiş qanunsuzluğa görə də məsul şəxslər öz layiqli cəzalarını alacaqlar”.

H.Mirələmovun bu istirahət mərkəzi çoxlarının başına bəla açıb. Bu obyektdə qan tökülüb, adam öldürülüb.

Bir neçə il əvvəl deputatın qardaşı oğlu həmin obyektdə başqa bir vətəndaşı güllələyərək, öldürüb.

Düzdür, Hüseynbala Mirələmov qardaşı oğlunu “dəli” adı ilə həbsdən qurtarmağa çalışsa da buna nail ola bilmədi və qatil ömürlük azadlıqdan məhrum edildi.

Çoxsaylı cinayət işlərinin bir icraatda birləşdirilməsinə səbəb olan qanlı cinayət 17 iyul 2012-ci ildə Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən istirahət mərkəzində gecəyarısı baş verib.

İstintaqın gəldiyi nəticəyə görə, R.Mirələmov Ramal Bayramovu qəsdən öldürüb, Səməd Mənsimov və qeyrilərinin qəsdən öldürülməsinə isə cəhd edib.

R.Mirələmov ifadəsində göstərib ki, hadisədən sonra Ramalın dostları oradan uzaqlaşmağa başlayıb, səs-küyə əmisi oğlu Fərid oturduqları masaya yaxınlaşıb: “Fərid orada olan işçilərdən kiməsə tez polis çağırmalarını tapşırdı. Ramalın dostlarının bir az uzaqlaşdıqlarını görüb dənizə tərəf qaçdım.

Sonradan eşitdim ki, Elman ilə Mübariz sonuncunun idarə etdiyi qara rəngli "Ranc Rover" markalı, Ramalgil isə "Passat CC" markalı avtomaşınlarla "Min bir gecə" istirahət mərkəzinə gəlib".

R.Mirələmov ifadəsində onu da bildirib ki, qanlı olay zamanı istifadə etdiyi tapançanın markasını bilmir, həmin tapançanı Masallıdan olan Mahir adlı tanışı təqribən bir il əvvəl ona pay verib:

“Mahirin soyadını bilmirəm, atasının adı Şahbazdır, əvvəllər yol polisində işləyib. Mahirin bir-neçə ay bundan əvvəl öldüyünü eşitmişəm.

Tapançanı da Lənkəran şəhərində qır zavodunun yanında olan qardaşımın dəfn olunduğu qəbiristanlıqda tanımadığım şəxsə məxsus qəbir daşının alt hissəsində gizlətmişəm, orada saxlamışam, darağında 5-6 ədəd patron olub".

Fia.Az

Şərhlər

XƏBƏR LENTİ