yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Fazil Məmmədovun adamı “Atena”nı satır - Yüzlərlə işçi Bakıda aksiyaya hazırlaşır

Fazil Məmmədovun adamı “Atena”nı satır - Yüzlərlə işçi Bakıda aksiyaya hazırlaşır
21-04-2018, 10:14 448 dəfə baxılıb

Azərbaycanda iri süd və süd məhsulları istehsalçısı “Atena” şirkətinin ləğv edilərək əmlakının distribyutorluq ilə məşğul olan “Avrora” şirkətinə satılması nəzərdə tutulur.

“Atena” şirkətinin satış müdiri Rəfail Rəsulovun “Marja”ya verdiyi məlumata görə, bir neçə il öncə, Fazil Məmmədov vergilər naziri olan dövürdə Nazirlikdə departament direktorunun müavini vəzifəsində çalışmış İsrafil Qasımov adlı şəxs “Atena” şirkətinə şərik edilib:

“İsrafil Qasımov “Atena”nın fəliyyətinin genişləndirilməsi niyyətilə şirkətə şərik edildi. Şirkətə nəzarət edə biləcək qədər pay yeni səhmdar İsrafil Qasımova satıldı. Bir neçə gün öncə İsrafil Qasımov “Atena” şirkətini “Avrora” şirkətinə satmağa qərar verdiyini və “Atena”nın bütün əməkdaşlarının işdən azad ediləcəyini bildirib. “Atena”nın tək satışda 200 nəfər işçisi mövcuddur. Bu qədər insanın qısa müddətdə ixtisar ediləcəyi narazılıq yaradıb, hətta işçilər Bakıda Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirməyi də düşünürlər”.

R. Rəsulovun sözlərinə görə, İsrafil Qasımovun göndərdiyi adamlar basqın edərək “Atena” şirkətinin Bakıdakı və Ağcəbədidəki ofislərini tutublar.

Satış müdiri qeyd edib ki, işçilərin imzaları toplanılıb və bu imzalar ilə ölkə baçısı cənab İlham Əliyevə müraciət edilməsi planlaşdırılır.

Rəfail Rəsulov əlavə edib ki, İsrafil Qasımov keçmiş vergilər naziri Fazil Məmmədovun adamıdır.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

26-05-2018


25-05-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ