yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Bakıda yeni salınan yol çökdü - FOTO

Bakıda yeni salınan yol çökdü - FOTO
20-04-2018, 16:34 299 dəfə baxılıb

Binəqədi rayonunun Abay Kunanbayev küçəsində yeni salınan yol artıq yararsız hala düşüb. Ağırtonnajlı maşınların keçməsi nəticəsində piyada zolağının üzərində çökmə və çatlar əmələ gəlib.

Bəs görəsən, yolların yararsız hala düşməməsi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sürücülər üçün hər hansı xəbərdaredici nişanlar qoyurmu və ya bu kimi hallarda sürücü məsuliyyətə cəlb edilirmi?

Məsələ ilə Axar.az-a danışan agentliyin mətbuat katibi Anar Nəcəfli bildirib ki, şəhər yollarında buna nəzarət etmək mümkün deyil:

“Yollarda xüsusi bir norma var ki, asfalt örtüyünün zədələnməməsi üçün bu norma keçilməməlidir. Şəhər yollarını bu vəziyyətə salan şəxsin təyin edilməsi o qədər də mümkün olan bir iş deyil. Ona görə bu kimi hallarda yolun təmiri Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Normanı göstərən yol nişanları isə adətən magistral yollarda və qəzalı vəziyyətdə olan körpülərdə qoyulur. Belə yollarda bu işarələr qoyulmur”.
Bakıda yeni salınan yol çökdü - FOTO
Bakıda yeni salınan yol çökdü - FOTO


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

26-05-2018


25-05-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ