SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Erməni silahlı bölmələri Ağcabədi sakinini yaralayıb

Erməni silahlı bölmələri Ağcabədi sakinini yaralayıb

Tarix:

18-04-2018, 15:49

/ 1 532 dəfə oxundu.
Erməni silahlı bölmələri Ağcabədi sakinini yaralayıb

Azərbaycan ərazilərini işğal altında saxlayan erməni silahlı bölmələri bu gün Ağcabədi rayonunun Qiyaməddinli kəndini atəşə tutub.

Yuxarı Qiyaməddinli kənd sakini, 1991-ci il təvəllüdlü Hacıyev Rahim Azər oğlu əkin sahəsində olarkən düşmən tərəfindən açılan atəş nəticəsində güllə yarası alıb.

Xəstəxanaya yerləşdirilən R. Hacıyevin vəziyyəti qənaətbəxşdir.

Müdafiə Nazirliyindən APA-ya faktı təsdiq edərək bildiriblər ki, son günlər Ermənistanda baş verən hadisələr fonunda qarşı tərəf qoşunların təmas xəttində təxribatların sayını artırıb. Düşmən hətta mülki obyektlərə və əhaliyə atəş açmaqdan belə çəkinmir.

Şərhlər

XƏBƏR LENTİ