SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Nərimanov rayonun polis rəisi Nəriman İmanov və Vergilər nazirliyi hara baxır - Külli miqdarda mənimsəmələr -FOTO

Nərimanov rayonun polis rəisi Nəriman İmanov və Vergilər nazirliyi hara baxır - Külli miqdarda mənimsəmələr -FOTO

Tarix:

16-04-2018, 17:38

/ 7 862 dəfə oxundu.
Nərimanov rayonun polis rəisi Nəriman İmanov və Vergilər nazirliyi hara baxır - Külli miqdarda mənimsəmələr -FOTO

Bakunews.az-a daxil olan məlumata görə Nərimanov rayon ərazisində fəaliyyət göstərən klubların birində turist qonağı ilə təşrif buyuran müştəri aldadılıb. Belə ki, adı çəkilən klub “Las Vegas” adıyla gənclər arasında özünə məxsus müştəri kütləsi ilə tanınmaqdadır. Məsələnin əsas tərəflərindən biri “Las Vegas” adlı obyekti İranlı vətəndaşın icarəçi kimi həvalə edilməsidir ki buda böyük problemlərin yaranmasına gətiib çıxarmışdır. Məlumatda qeyd edilir ki, ərazi Nərimanov Rayon Polis İdarəsininin nəzarəti daxilindədir. Və bu ərazidə baş verən bütün qanunsuzluqlara məhz Nəriman İmanov cavabdehlik daşıması ilə yanaşı onun əməkdaşları tərəfindən hüquqları pozulmuş vətəndaşların hüquqları bərpa edilməkdədir. Amma görünür ki, N.İmanov hal-hazırda əraziyə nəzarətdən çox maddi maraqlara xidmətə üstünlük verməkdədir. Vətəndaş qeyd edib ki, ona yüksək məbləğ ödəməsi üçün çek təqdim edərkən polisə şikayət edəcəyin vurğulayıb. Klub rəhbərliyi isə “kimə istəyirsən şikayət et hər kəsin haqqı vaxtında verilib bizə heç kəs heçnə deyən deyil” ifadələrini işlədiblər. Bu sözlərdən təhsirlənən müştəri mediaya müraciət etmək qərarına gəlib. Həmçinin qeyd etmək lazımdır ki, əyləncə klubundan təqdim edilən çekdədə məhz dövlət büdcəsinə ödənilməli olan məbləğ gizlədilərək qeyd edilməyib. Bu isə “Las Vegas” rəhbərinin ümumiyyətlə vergidən külli miqdarda yayındığı görünməkdədir. “Gözlə görünən dağa nə bələdçi” deyə atalar yerində deyib. “Las Vegas” 3 saat içində 1047 manatlıq çekin təqdim edilməsindən də məlum olur ki, bu obyekt gündəlik 15.000 manat alver etmək bacarığı var. Apardığımız hesablamadan məlum olur ki “Las Vegas” ən az ayda 30.000 manat vergi ödəməlidir. Görəsən “Las Vegas” həqiqətdə vergi ödəyicisi olaraq nə qədər vəsait ödəyir. Həmçinində bildirmək istəyirik ki, 1 stoldan alınan 1047 manat civarındakı məbləğə görə, Vergi sistemində tətbiq edilən ƏDV-yə ödəməsi zərurəti yaranır. Bütün bunlarla bağlı təbii ki, Vergilər nazirliyinə verəcəyimiz sorğudan hər şey məlum olacaqdır. Təqdim edilən çekdə işlədən şəxslərin və ya müəssisənin VÖEN-ü qeyd edilməyib. Bu isə həqiqətdə bu şəxslərin vergidən yayındığının maddi subutudur.

P.S. Görəsə Nərimanov Rayon Polis İdarəsinin rəisi Nəriman İmanovun əməkdaşları ərazidə baş verən bu məsələlərə hansı prizmadan yanaşmaqdadır. Ərazisində qanunsuz fəaliyyətlə məşğul olan hətta bu qanunsuzluğun sosial şəbəkələrdə fotoları paylaşılmasına baxmayaraq məsələyə biganə qalmaq niyə...? Bütün bu suallarımıza inanırıq ki Nəriman İmanov şəxsən cavablandıracaq və mediada gedən yazıya aydınlıq gətirilməsinə çalışacaqdır.

BakuNews.az

Şərhlər

XƏBƏR LENTİ