SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Xaləddin İsgəndərov xəstəxanaya gedən yolu satıb – Reportaj

Xaləddin İsgəndərov xəstəxanaya gedən yolu satıb – Reportaj

Tarix:

15-04-2018, 23:14

/ 2 709 dəfə oxundu.
Xaləddin İsgəndərov xəstəxanaya gedən yolu satıb – Reportaj

Belə bir analoqsuz özbaşınalıq Lənkəranda olmuşdu. Rayon Mərkəzi Xəstəxanasının qabağı satılaraq tikinti meydançasına çevrilmişdi.
Səhiyyə Nazirliyi də faktı təsdiqləyərək yerli icra hakimiyyətinin sərəncamı olduğunu açıqlamışdı.

► Başçıdan “nümunəvi” iş

Deyəsən, Binəqədinin icra başçısı Xaləddin İsgəndərov Lənkərandakı həmkarından “nümunə” götürüb.
O da Rəsulzadə qəsəbəsindəki 6 saylı Məlikov adına birləşmiş xəstəxananın qarşısını peşkəş edərək yolun bağlanmasına səbəb olub.
Xəstəxanaya gedən yolun qarşısı kəsilib, yol darısqallaşıb, avtomobillərin gediş-gəlişi iflic olub, hər gün tıxaclar yaranır. Yaxınlıqda məktəbin də olduğunu nəzərə alsaq, tıxacın dəhşətin təsəvvür eləmək olar.
Orada olarkən tikintinin getdiyinin şahidi olduq. Bu tikili həm magistral yola düşür və keçidin ağzındadır, həm də arxa tərəfdən xəstəxaya gedən yolu zəbt edib.
Sürücülər də, sakinlər də X.İsgəndərovun bu özbaşınalığına “od püskürürlər”. Deyirlər ki, onsuz da xəstəxana yolu dar idi, keçmək çətin olurdu, tikintinin başlanması vəziyyəti lap pisləşdirib.
Çünki avtomobillər üz-üzə gələndə gözləməli olurlar, bir-birinə yol verirlər ki, düyün yaranmasın. Ancaq hər gün bu yolda zəncirvari tıxaclar yaranır.

► Deputatın obyekti

Sakinlərdən öyrənirik ki, tikinti deputat Hacı Madər Musayevindir. X.İsgəndərov Binəqədini pay-püş edib və bir hissəsi də biznesmen-deputatın tapdağı altında inildəyir.
Xəstəxanaya və məktəbə getməyə əziyyət çəkən sakinlər tələb edirlər ki, tezliklə tikinti dayandırılmalı, sökülməlidir.
“Xəstəxanaya gedən yol geniş olmalıdır ki, vaxtında insanlar həkimə çata bilsinlər, təcili tibbi yardım maşınları rahat çıxıb xəstələrə yetişsinlər.
Dünyanın hər yerində belədir. Ancaq bizim acgöz, görməmiş məmurlar harda boş bir yer gördülərsə, burunlarını soxurlar ora.
Siz Allah baxın, burda tikinti aparmaq olar? Biabırçılıqdır. Tam qanunsuz tikintidir. Sadəcə, kimdirsə pulunu verib icra hakimiyyətinə, vecinə də deyil, başlayıb tikməyə.
Amma icra hakimiyyəti bir fikirləşməlidir ki, harda tikintiyə icazə vermək olar. Xaləddin İsgəndərov deyəsən gethagetdə satmadığı yer qoymur”, – deyə Rəsulzadə qəsəbəsinin sakini Kazım Xudiyev bildirib.
Onu kimi eyni fikirləri söyləyən həmsöhbətlərimizin sözlərinə görə, burda tikinti aparmaq absurddur. Onlar deyirlər ki, prezidentə məlumat veriləcək.

AzEuroNews.com
Xaləddin İsgəndərov xəstəxanaya gedən yolu satıb – Reportaj
Xaləddin İsgəndərov xəstəxanaya gedən yolu satıb – Reportaj
Xaləddin İsgəndərov xəstəxanaya gedən yolu satıb – Reportaj
Xaləddin İsgəndərov xəstəxanaya gedən yolu satıb – Reportaj
Xaləddin İsgəndərov xəstəxanaya gedən yolu satıb – Reportaj

Şərhlər

XƏBƏR LENTİ