SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » 41 vətəndaşa zərər vuran tikinti şirkətinin rəhbəri hakim qarşısında

41 vətəndaşa zərər vuran tikinti şirkətinin rəhbəri hakim qarşısında

Tarix:

13-04-2018, 16:19

/ 2 102 dəfə oxundu.
41 vətəndaşa zərər vuran tikinti şirkətinin rəhbəri hakim qarşısında

“İ.N.V.” MTK-nın sədri Qırxlarov Mayis Qəhrəman oğlunun cinayət işi Nərimanov Rayon Məhkəməsinə göndərilib.
M.Qırxlarov Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 162-1.1-ci (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi) maddələri ilə təqsirli bilinir. Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanovun sədrlik etdiyi məhkəmə prosesində 41 nəfər zərərçəkmiş qismində tanınıb.
Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Baş Prokurorluğun 2017-ci ilin noyabr ayının 29-da yaydığı birgə məlumatında bildirilir ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı bir sıra tikinti obyektlərində, o cümlədən bu növ obyektlərin sifarişçi, podratçı və ya subpodratçıları olan “İ.N.V.” və “AVES” adlı Məhdud Məsuliyyətli Cəmiyyətlərdən daxil olmuş sənədlər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılır.
İlkin araşdırmalarla “İ.N.V.” MTK və “AVES” MMC-nin vəzifəli şəxslərinin dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı iş və ya xidmətlərin yerinə yetirilməsinə cəlb etmələrinə şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 162-1.1-ci (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi) maddələri ilə 2 cinayət işi başlanaraq, ibtidai istintaqın aparılması Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinə həvalə edilib.

Şərhlər

XƏBƏR LENTİ