SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Müəllimlər 4 aydır ki, maaş almır - Nazirlik susur

Müəllimlər 4 aydır ki, maaş almır - Nazirlik susur

Tarix:

23-02-2017, 11:33

/ 1 427 dəfə oxundu.
Müəllimlər 4 aydır ki, maaş almır - Nazirlik susur

Dörd aydır ki, maaşlarını ala bilməyən Sumqayıt şəhəri 11 nömrəli tam orta məktəbin bir qrup müəllimi müraciət edib.

Onlar bildiriblər ki, 2009-cu ildən pilot layihə kimi sözügenən məktəbdə inklüziv təhsil (sağlamlıq imkanları məhdud şəxslərin təhsili) verirlər. Müddətsiz müqavilə ilə işə qəbul olub, bugünkü günə kimi də məktəblə əməkdaşlıq edirlər. İndi isə onlara layihə müddəti bitdiyi üçün əmək haqlarının ödənilməyəcəyi deyilib:

“Gah deyirlər ki, layihənin müddəti bitib, gah da ştatların qanunsuz artırıldığını iddia edirlər. 2009-cu ildən ötən ilin sentyabr ayına kimi 7 il işləyib maaşlarımızı almışıq. Əgər dedikləri doğrudursa, bəs bizə necə büdcədən maaş ayrılırdı? Ştat cədvəlləri hər il Maliyyə Nazirliyinin qeydiyyatından keçirilir. Təhsil Nazirliyi layihə ilə bağlı hər hansı bir qanun pozuntusu aşkar edibsə, cavabdehlərin məsuliyyətə cəlb olunması üçün Baş Prokurorluğa müraciət olunmalıdır, bizim 4 aylıq maaşlarımızı kəsmək yox”.

Şikayətçilər bildirib ki, problemlə bağlı dəfələrlə Təhsil Nazirliyinə rəsmi müraciət olunsa da, müraciətlər cavablandırılmır.

Biz də nazirliyə sorğu göndərsək də, məsələylə bağlı münasibət öyrənə bilmədik.

“Qafqazinfo”

Şərhlər

XƏBƏR LENTİ