SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Ölən şagirdin meyiti qəbirdən çıxarıldı - “Döyüb öldürüblər”

Ölən şagirdin meyiti qəbirdən çıxarıldı - “Döyüb öldürüblər”

Tarix:

11-04-2018, 11:48

/ 1 725 dəfə oxundu.
Ölən şagirdin meyiti qəbirdən çıxarıldı - “Döyüb öldürüblər”

Bir neçə gün öncə Şəmkir rayonunda orta məktəb şagirdinin ölümü ilə bağlı bəzi detallar üzə çıxıb.

Rayonun Çənlibel kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Məhərrəmov Elgün Gündüz oğlu sinif yoldaşı tərəfindən döyülərək öldürülüb:

“Elgün Nurlan adlı sinif yoldaşı ilə mübahisə edib. Yoldaşları onları ayıra bilməyib. Elgün Nurlanın əlindən çıxaraq sinif otağına qaçıb. Nurlan da onun arxasınca qaçaraq Elgünü tutub, ona möhkəm zərbələr endirib. Elgün yıxılıb və ayılmayıb. Məsələ araşdırılıb, şahidlər də bunu təsdiq edib. Aprelin 10-da Elgünün qəbri açıldı, meyit çıxarılıb, müayinə edildi. Nəticəsi bu gün açıqlanacaq”.

Qeyd edək ki, bir neçə gün öncə Şəmkirdə məktəbin həyətində ölüm hadisəsi baş verib. İlkin xəbərlərdə bildirilirdi ki, rayonun Çənlibel kənd sakini, 6-cı sinif şagirdi, 2003-cü il təvəllüdlü Məhərrəmov Elgün Gündüz oğlu məktəbin həyətində yoldaşları ilə oynayan zaman anidən yerə yıxılıb. Dərhal həkim çağırılsa da onun dünyasını dəyişdiyi məlum olub.

Şərhlər

XƏBƏR LENTİ