SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Qarabağ əlili "Azər Türk Bank" rəhbərliyinə müraciət etdi

Qarabağ əlili "Azər Türk Bank" rəhbərliyinə müraciət etdi

Tarix:

17-01-2017, 14:29

/ 3 341 dəfə oxundu.
Qarabağ əlili "Azər Türk Bank" rəhbərliyinə müraciət etdi

“Azər Türk Bank” ASC-nin İdarə Heyətinin sədri Orxan Hüseynov cənablarına
Şirvan şəhəri, Xanlar küçəsi ev 17 ünvan sakini, Qarabağ qazisi, 2 qrup əlil Rahil Sahil oğlu Məlikov
tərəfindən

MÜRACİƏT

Hörmətli Orxan Hüseynov cənabları

Müraciətimin məğzi, rəhbəri olduğunuz Azər Türk Bankın Şirvan filialında baş verən kobud qanun pozuntusu ilə bağlıdır. Bir əlil olaraq baş verənlərə kəskin etirazımı bildirir və sizdən məsələnin hüquqi qiymətləndirilməsini tələb edirəm.
16 yanvar 2016 tarixində, saat 16.30 radələrində, Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 33ünvanında yerləşən Azər Türk Bank filialında mənə və həyat yoldaşıma qarşı hörmətsizlik ümayiş etdirildi, heç bir əsas olmadan təhqir və hədələrə məruz qaldıq. Bir sahibkar olaraq valyuta-mübadilə əməliyyatı yerinə yetirmək üçün banka daxil olduqda, bank əməkdaşı Raqif bizə qarşı aqressiya nümayiş etdirərək bizi bayıra itələdi, səsini ucaldaraq birdə bankda daxil olmamağımızı tələb etdi. Əks halda bizə fiziki təzyiq göstəriləcəyini bildirdi.
Mən və həyat yoldaşım, yol verilən özbaşınalıq barədə lazımı instansiyalara məlumat verəcəyimizi söylədikdə, Raqif bizə qarşı qeyri-etik ifadə işlədərək hətta bizə “yol göstərdi”. Biz,yol verilən vandalizm aktına qarşı etirazımızı bildirərək bizim ictimai şəkildə aşağılanmağızın səbəbini tələb etdik.
Səbəb olaraq filial rəhbəri Vidadinin şəxsi göstərişi olduğu deyildi.
Nəzərinizə çatdırım ki, Vidadi,bir müddət öncə aramızda olan dollar mübadiləsindən “narazı” qalaraq məni və hətta mənim ailə üzvlərimin sözügedən banka buraxılmamağımız tələbi qoyub. sürmüşdür. Belə ki, bir müddət öncə adıçəkilən bankdan dollar alışı həyata keçirərkən Vidadi, mənə külli miqdarda dollar satışı təklif edərək hər 10.000 dollar üçün 250 manat faiz istəmişdir. Lakin mənim etirazım nəticəsində sözügedən mübadilə baş tutmamış,məhz həmin olayı özünə “hörmətsizlik” kimi qəbul edərək bank əməkdaşlarına tapşırıq verərək mənim və yaxınlarımın banka bura-xılmamasını tələb edib. Hörmətli Orxan Hüseynov cənabları
Mən və həyat yoldaşım baş verənlərdən son dərəcə məyusluq hissi keçirir, bank əməkdaşı tərəfindən aşağılanmaq faktına qarşı hüquqi qiymət tələb edirik. Bu gün ölkədə əlil vətəndaşlar dövlət tərəfindən xüsusi diqqət və qayğı ilə əhatələndiyi bir halda bizi təhqir edir,şərəf və ləyaqətimiz alçaldılır. Xahiş edirik məsələyə ciddi yanaşınız.

Hörmətlə: əlil vətəndaş Rahil Məlikov
Əlaqə nömrəm: 070-250-23-93

xalqxeber.az

Şərhlər

XƏBƏR LENTİ