SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıda nazirlikləri rabitə ilə təmin edən xətlər dağıdıldı - FOTOLAR

Bakıda nazirlikləri rabitə ilə təmin edən xətlər dağıdıldı - FOTOLAR

Tarix:

9-04-2018, 12:58

/ 1 244 dəfə oxundu.
Bakıda nazirlikləri rabitə ilə təmin edən xətlər dağıdıldı - FOTOLAR

Bakı küçələrinin bir çoxunda avtomobillərin dayandığı yerlərin müxtəlif iş adamları, məmurlar tərəfindən zəbt edilməsinin şahidi olmuşduq. İndi isə bəzi işbazlar piyadalar üçün nəzərdə tutulan ensiz səkiləri zəbt etməyə başlayıblar. Belə problemlərdən biri də paytaxtın Binəqədi rayonu, Süleyman Sani Axundov 3 C ünvanında yaşanır.
Gununsesi.info xəbər verir ki, hazırda həmin ünvanda 2-3 metr enində olan səki dağıdılıb və əraziyə tikinti materialları tökülüb. Yəqin ki, burada hansısa obyektin tikintisi nəzərdə tutulur. Təqdim edəcəyimiz fotolardan da görəcəksiniz ki, çxılmaz vəziyyətdə qalan piyadalar avtomobillərin hərəkət etdiyi yola çıxaraq özlərini təhlükəyə atmış olurlar.
Ərazidə yaşayan sakinlər iş icracısını tanımasalar da, belə ciddi qanunsuzluğun arxasında sıradan adamın dayanmadığını bildirirlər. İşin daha maraqlı tərəfi isə odur ki, qazıntı aparılan yerdən müxtəlif nazirlikləri və dövlət binalarını rabitə ilə təmn edən iri rabitə xətlərinin keçməsidir. Təəssüf ki, qazıntının gedişində xətlərin aşkarlanması və zadələnməsi də iş icraçılarına mane olmayıb.
Amma ümid edirik, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vəziyyətn ciddiliyini nəzərə alaraq əraziyə nümayəndə göndərəcək və baş verənlərin durdurulması üçün əməli addımlar atılacaq.
Görəsən, səkilərə nəzarəti həyata keçirən Bakı şəhər İcra Hakimiyyəti bu özbaşınalığı niyə durdurmur? Bəlkə, xəbərləri yoxdur? Doğrusu, insanaların və nəqliyyatın intensiv hərəkət etdiyi, kameraların nəzarətində olan ərazinin zəbt olunmasından BŞİH-nin xəbərsiz olması, bir o qədər də inandırıcı deyil. Amma biz üzərimizdə düşəni edib, baş verənlərlə bağlı BŞİH-ni xəbərdar edirik.
Hesab edrik, bu özbaşnalığa Baş Dövlət Yol Polisi İdarəsi də reaksya verməlidir. Belə ki, tikinti işləri davam etdirilərsə, bu, piyadaların gediş-gəlişinin tamamilə məhdudlaşdırılmasına səbəb olacaq. Belə olan halda, piyadaların avtomobillərin hərəkət etdiyi küçəyə çıxmaqdan başqa seçimi qalmayacaq.
Bakıda nazirlikləri rabitə ilə təmin edən xətlər dağıdıldı - FOTOLAR
Bakıda nazirlikləri rabitə ilə təmin edən xətlər dağıdıldı - FOTOLAR
Bakıda nazirlikləri rabitə ilə təmin edən xətlər dağıdıldı - FOTOLAR
Bakıda nazirlikləri rabitə ilə təmin edən xətlər dağıdıldı - FOTOLAR
Bakıda nazirlikləri rabitə ilə təmin edən xətlər dağıdıldı - FOTOLAR

Şərhlər

XƏBƏR LENTİ