SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Təmir adı ilə yeyilən milyonlar... - Proses davam edir...

Təmir adı ilə yeyilən milyonlar... - Proses davam edir...

Tarix:

9-04-2018, 09:37

/ 1 383 dəfə oxundu.
Təmir adı ilə yeyilən milyonlar... - Proses davam edir...

Xətai” metrostansiyası son iki ildə ikinci dəfə təmir üçün bağlanacaq. Stansiyanın eskalatorları dəyişdiriləcək. Qeyd edək ki, bundan əvvəl stansiyanın daxili infrastrukturu yenilənmişdi. Artıq təmirdən sonra istifadəyə verilən metrostansiyaların, yolların, müxtəlif infrastrukturların təmirdən sonra yenidən təmir adı ilə bağlanması adi hala çevrilib. Bu, Azərbaycanda bəzi məmurların gündəlik həyat tərzidir, gördükləri “məişət işləri”dir. Əlbəttə, bu kimi işlərin ölkədə korrupsiyanın əsas mənbəyi hesab edildiyini nəzərə alsaq, bu halların niyə tez-tez təkrarlanmasına biganə qalmaq olmur. Hesab etmək olar ki, bir sıra məmurlar dövlət tərəfindən ayrılan pulları mənimsəmək üçün bu vasitədən gen-bol istifadə edirlər.

Açıq formada ifadə etsək, o qədər də ehtiyac olmadan, yenicə təmirdən çıxmış infrastrukturların yenidən təmir üçün bağlanılması korrupsiyanın əsas mənbəyinə çevrilir və bir sıra məmurlar da bundan lazım olan qədər istifadə etməyi bacarırlar. Belə desək, bəzi məmurlar şəxsi qazanclarını təmin etməyin yollarını yaxşı bilirlər. Bunun üçün onların kifayət qədər alternativləri var.

Kimsənin ağlına gəlmir, amma...

Vaxtilə - Ziya Məmmədovun nəqliyyat naziri olduğu dönəmlərdə milyardlarla manat maddi vəsait xərclənən yolların tez-tez sıradan çıxması və istifadəyə verilən yolların yenidən çəkilməsi hallarının tez-tez təkrarlandığını nəzərə alsaq, həmin vaxt bu sahəyə rəhbərlik edən şəxslərin bu vasitə ilə nə qədər pulları ciblərinə ötürdükləri məlum olur. Bütün ölkə ən vacib qərar olan yol infrastrukturunun qurulmasında da cavcbdeh şəxslər öz mənfəətlərini güddülır. Korrupsiya və rüşvət alış-verişi təkcə nəqliyyat sahəsi ilə məhdudlaşmır, digər sektorlarda da məmurlar pulları mənimsəməyin milyon yollarını bilirlər. Bunun məktəblərdə “süpürgə pulu”, universitetlərdə “semestr pulu”, icra hakimiyyətlərində hansısa başqa adla, bələdiyyələrdə torpaqların hansısa vətəndaşın adına “özəlləşdirilməsi” və s. var. Anadolu türkləri demiş, var ki, var. Belə desək, icad olunmayan variantlar da bizim bəzi məmurların ağılına gəlir.

Məsələn, 10 manat xərclənən yerə 2 manat xərcləyirlər. Beləliklə, keyfiyyətsiz işin mənfi nəticələri ortaya çıxanda, bunun səbəbini həmin məmurların kassalarında axtarmağa başlayırlar. Əks halda bir dəfə görülən işi ikinci dəfə niyə görsünlər ki? Yaxud, bir işi niyə yarımçıq saxlasınlar? Bir işin ikinci dəfə görülməsinə və yarımçıq saxlanılmış işin nə vaxtsa davam etdirilməsi də bu qəbildəndir. Əlbəttə, dövlətin maraqlarını düşünən məmur puldan qənaətlə istifadə edib qalanını da başqa problemin həllinə, inkişafa xərcləyərdi. Bizdə isə əksinədir, necə deyək, puldan qənaətlə istifadə edirlər ki, özlərinə də qalsın. Köhnə infrastrukturlara bir az “əl gəzdirib”, bir az rəngləyib, üzlük çəkib kimlərisə, ilk növbədə də xalqı aldatmağa çalışırlar. Amma insanların da gözləri tərəzidir. Bəzi məmurlarımız isə özünə “yaşıl işıq” yandırıb, işlərini şəxsi maraqlarını təmin etmək yönündə qururlar.

Bəzən məmurların bir-brini müdafiəsi elə bir həddə çatır ki, məhkəmələr öz bahalı avtomobilləri ilə vətəndaşı vurub öldürənlərə cəza verməkdən belə çəkinirlər. Şübhəsiz ki, ədalət tərəzisinin məmur tərəfinin ağır basdığı yerdə dövlət, dövlətçilik, xalq mənafeyi son plana düşür.
Cebhe.info

Şərhlər

XƏBƏR LENTİ