SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “20 min borcu var idi, qaytarmasa, pis söyüş qoymuşdular”

“20 min borcu var idi, qaytarmasa, pis söyüş qoymuşdular”

Tarix:

6-04-2018, 15:58

/ 1 338 dəfə oxundu.
“20 min borcu var idi, qaytarmasa, pis söyüş qoymuşdular”

Bakı Ağır Cinayətlər Məhkəməsində "Ailə TV" kabel televiziyasının ofisinə basqın etməkdə təqsirləndirilən dəstə üzvləri - 1996-cı il təvəllüdlü Kamil Əliyev, 1995-ci il təvəllüdlü Asib Kambarov, 1997-ci il təvəllüdlü Kamran Süleymanov, 1995-ci il təvəllüdlü Rəşad Əhmədzadə və 1995-ci il təvəllüdlü Orxan Əliyevin məhkəməsi keçirilib.

Hakim Novruz Kərimovun icraatında olan prosesdə baxış iclası baş tutub.

A. Kambarov günahsız olduğunu deyib: "Mən sadəcə oğurluq olduğunu bilmədiyim telefonu almışam".

K/ Süleymanov isə basqın etdiklərini boynuna alıb: "Ofisin qapısını döyüb içməyə su istədik, bizə su verəndə dedim olar əl-üzümü də yuyum? İcazə verdilər, Kamil də arxamca girdi. Mühafizəçini tutub otağa apardım, Kamil seyfdən pulu götürdü, sonra ordan qaçdıq. Asib bizimlə deyildi. Kamilin "Topaz"a 20 min borcu var idi, qaytarmasa, pis söyüş qoymuşdular. Mən də dostum olduğu üçün basqın etməyə razılaşdım".

R.Əhmədzadə isə heç nə xatırlamadığını deyib.

O.Əliyev isə sadəcə lombarda basqına getdiyini deyib: "Orada da çöldə gözlədim, heç kimə heç nə etmədim.

Proses aprelin 9-da davam etdiriləcək.

İttihama görə, təqsirləndirilən şəxslər bir qrup şəxs halında əvvəlcə Xətai rayonu ərazisində yerləşən “Ailə” TV şirkətinin inzibati binasına daxil olaraq gözətçi Hüseyn Dünyamalıyevə bıçaqla hədə-qorxu gəlib seyfdə olan 3600 manat məbləğində pulu quldurluq yolu ilə ələ keçirib hadisə yerindən qaçıblar. Bundan başqa, adı çəkilən şəxslər Nizami rayonu ərzasində lombarda daxil olaraq orada işləyənlərə hədə-qorxu gələrək 1250 manat pulu ələ keçiriblər.

Şərhlər

XƏBƏR LENTİ