SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Bu gün böyük sensassiya olacaq" - Azərbaycanlı astroloq

"Bu gün böyük sensassiya olacaq" - Azərbaycanlı astroloq

Tarix:

22-02-2017, 18:08

/ 2 088 dəfə oxundu.
"Bu gün böyük sensassiya olacaq" - Azərbaycanlı astroloq

Günümüzdə daha çox diqqətləri astroloji proqnozlar diqqət çəkir. Bu, cəmiyyətdə birmənalı qarşılanmasa da bu cür proqnozlara inanların sayı kifayət qədər çoxdur.

Tanınmış astroloq Səbuhi Rəhimli də deyir ki, adətən günə qoroskop xəritəsini müşahidə etməklə başlayır. Fərdi adamların astroloji göstəriciləri ilə yanaşı müxtəlif bölgələrin ictimai-siyasi xəritəsinin də qurula bildiyini söyləyən astroloq illik proqnozlarında məhz bu metoddan yararlanır.

xalqxeber.az xəbər verir ki, yayımlanan "İki tutulma arasında" başlıqlı köşə yazısında 11-26 fevral periodunun asan keçməyəcəyini qeyd edən Səbuhi Rəhimli planetar quruluşun gərgin günlərindən biri kimi fevralın 22-nə diqqəti çəkib.

Astroloqun cebhe.info-ya verdiyi məlumata görə, astroloji göstəricilər Bakı vaxtilə saat 12:30-dan 22:40-a qədər olan aralıqda gözlənilməz hadisələr olacağını söyləməyə əsas verir. Harada və nə olacağını demək istəməyən S.Rəhimli siyahıya Cənubi Qafqazın da aid olduğunu vurğulamaqla kifayətlənib: “Onu qeyd edim ki, günün astroloji xəritəsi böyük sensassiya olacağından xəbər verir”.

cebhe.info

Şərhlər

XƏBƏR LENTİ