yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Polisdən bir neçə ünvanda ƏMƏLİYYAT

Polisdən bir neçə ünvanda ƏMƏLİYYAT
5-04-2018, 12:10 212 dəfə baxılıb

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən ümumən cinayətkarlığa, o cümlədən mülkiyyət əleyhinə olan növlərinə qarşı mübarizə tədbirləri davam etdirilir. Bu barədə Daxili İşlər Nazirliyindən verilən məlumatda deyilir.

Ötən gün polis orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində bir sıra oğurluqlar törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilib saxlanılaraq istintaqa cəlb ediliblər.

Belə ki, Yasamal Rayon Polis İdarəsinin 26-cı və 27-ci Polis bölmələri əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin fevral-mart ayları ərzində rayon ərazisində 4 avtomobildən pul və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Rəvan Abdullayev saxlanılıb.

Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən cari ilin yanvar-mart ayları ərzində rayon ərazisindəki 4 evdən məişət əşyaları, habelə 4 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Kəmaləddin Qasımov saxlanılıb. Onun şəhər sakini Ə.Zeynalova qarşı dələduzluq etməsi də müəyyən edilib.

Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yanvarın 23-də şəhər sakini E.Zeynalovun mobil telefonunu oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü - Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Əli İbrahimov saxlanılıb. Ətrafında aparılmış tədbirlərlə onun cari ilin yanvar-mart ayları ərzində rayon ərazisində 2 mağazadan pul və 22 metr su borusu, habelə 9 evdən pul və məişət əşyaları, 4 avtomobildən akkumulyator oğurlaması da müəyyən edilib.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Araşdırmalar aparılır.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-06-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ