SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Şəriki “Hom Paş” MTK sahibini prokurorluqla hədələyir- Qaralova məktub...

Şəriki “Hom Paş” MTK sahibini prokurorluqla hədələyir- Qaralova məktub...

Tarix:

5-04-2018, 09:58

/ 2 890 dəfə oxundu.
Şəriki “Hom Paş” MTK sahibini prokurorluqla hədələyir- Qaralova məktub...

Bakının “Xətai” metrosu qarşısında “Hom Paş Prestij” MTK-ya məxsus yaşayış binaları tikilir. Şirkətin gerçək sahibi türkiyəli iş adamı Hikmət Yiğitdöldür.

Lakin saxta möhürlə firmanı qanunsuz olarq ələ keçirən şəriki Qabil Əliyev H.Yiğitdölü hüquq-mühafizə orqanlarında adamının olması ilə təhdid edir. AFN.Az-a gələn məlumatda bildirilir ki, türk biznesmenlə Q.Əliyev 1990-cı illərdən tanışdırlar. Ancaq Hikmət bəyin ağlına gəlmir ki, nə vaxta köhnə tanışı onun başına oyun açacaq, kələk gələcək.
Belə ki, H.Yiğitdölə məxsus “Hom Paş Prestij” MTK 2008-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə Xocalı prospekti, 1181-ci məhəllədə torpaq sahəsi alaraq hündür mərtəbəli bina tikintisinə başlayıb.
H.Yiğitdöl baş prokuror Zakir Qaralova müraciətində yazır ki, “Hom Paş Prestij” MTK sahibi olaraq binanın 2 blokunun tikintisini bitirdikdən sonra 2013-cü ildə Əliyev Qabil Tofiq oğlu ilə razılaşma əldə ediblər. Onunla bərabər 3-cü blokun tikintisinə başlayıblar. Aralarında müqavilə bağlanıb ki, tikintidən 20 faiz ona pay verməklə tikinti işlərini Qabil aparsın, lazımi maliyyəni də ayırsın.
Hikmət bəy yazır ki, Q.Əliyev onun Azərbaycanda olmamasından istifadə edərək dələduzluq yolu ilə ikinci möhür düzəltdirib: “Biz təsisçilərin təsis protokolu və razılığı olmadan Bakı şəhəri İcra Hakimiyyətinə məktubla müraciət edib.
Adımdan saxta imza ataraq 0.73 ha torpaq sahəsini özünə məxsus “İnter” MMC-nin adına keçirilməsinə nail olub.
Meriyadan 23 oktyabr 2015-ci il tarixdə sərəncam aldıqdan sonra tikintini özünə məxsus “İnter” MMC-nin adından aparmağa başlayıb.
Sonra vətəndaşlara yaşayış və qeyri-yaşayış sahəsi satıb. Mən bunu öyrəndikdən sonra 2 saylı Bakı İnzibati İqtisad məhkəməsinə müraciət etdim”.
H.Yiğitdöl Z.Qaralovun nəzərinə çatdırıb ki, 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsi 2-1(82)185/2018 saylı qərarı ilə sərəncamı etibarsız hesab edilib: “Əliyev Qabil etibarımdan və burda olmamağımdan sui-istifadə edərək dələduzluq yolu ilə xeyli miqdarda mənə ziyan vurub, əmlakımı talayıb.
Bu şəxs vəzifəsini aşaraq, mənə zor tətbiq edərək tikinti ərazisinə buraxmayıb, qanunla qorunan hüquqlarıma maneçilik törədib.
Qabil Əliyev “Hom Paş Prestij” MTK-ya məxsus möhürün saxta çıxartmış olduğu surətindən istifadə edərək yuxarıda qeyd olunan əməlləri həyata keçirib.
O, məni Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsində vəzifəli şəxslərin adından hədələyir. Halbuki, binadan mənzil və qeyri-yaşayış sahəsi almış adamları aldadaraq vətəndaşları mənə qarşı yönəldib.
Bunları nəzərə alaraq xahiş edirəm ki, Cinayət Məcəlləsinin 178.1, 178.2.4, 308.2, 309.1, 309.2, 310, 320.1, 322.2 maddələri ilə cinayət işinin başlanmasına göstəriş verəsiniz”.
Məhkəmə isə yekunda Q.Əliyev məxsus“İnter” MMC-yə tikinti binasının layihələndirilməsinə icazə verilməsi haqda sərəncamı etibarsız hesab edib. Lakin məhkəmə qərarı icra edilmir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

AFN.Az

Şərhlər

XƏBƏR LENTİ