Daha bir rayonda "ASAN xidmət" tikiləcək.
Bununla bağlı prezident İlham Əliyev bu gün sərəncam imzalayıb.
Dövlət başçısı Ağcabədi rayonunda "ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.52.4-cü yarımbəndində göstərilmiş məbləğin 5,0 milyon manatı Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayırıb.