SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıda evləri su basıb - Sakinlər təxliyyə olundu + Fotolar

Bakıda evləri su basıb - Sakinlər təxliyyə olundu + Fotolar

Tarix:

3-04-2018, 12:46

/ 1 316 dəfə oxundu.
Bakıda evləri su basıb - Sakinlər təxliyyə olundu + Fotolar

Xəbər verdiyimiz kimi, Binəqədi rayonu, Məhəmməd Əmin Rəsulzadə qəsəbəsində magistral su kəməri partlayıb. Hadisə nəticəsində Həmidə Məmmədquluzadə küçəsində yerləşən 30-a yaxın mənzil su altında qalıb.

“Qafqazinfo”nun əməkdaşları hadisə yerində olub və hazırkı vəziyyətlə maraqlanıb. Sakinlərin sözlərinə görə, partlayış axşam saat 11 radələrində olub və tez bir zamanda bütün evləri su basıb. Suyun hündürlüyü 1 m-ə yaxın olub. Hazırda sakinlər evlərindən təxliyyə olunub. Küçədə məcburi köçkünlərin məskunlaşdığı yataqxananın birinci mərtəbəsi yaşayış üçün yararsız vəziyyətə düşdüyündən sakinlər yuxarı mərtəbələrdə yaşayan qonşularında məskunlaşıb.

Hazırda ərazidə işıq və içməli suyun verilməsində məhdudiyyət var.
Bakıda evləri su basıb - Sakinlər təxliyyə olundu + Fotolar
Bakıda evləri su basıb - Sakinlər təxliyyə olundu + Fotolar
Bakıda evləri su basıb - Sakinlər təxliyyə olundu + Fotolar

Şərhlər

XƏBƏR LENTİ