SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Hava yenidən pisləşəcək - Xəbərdarlıq

Hava yenidən pisləşəcək - Xəbərdarlıq

Tarix:

27-03-2018, 13:07

/ 1 098 dəfə oxundu.
Hava yenidən pisləşəcək - Xəbərdarlıq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinddən daxil olan xəbərə görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 7-10, gündüz 16-21, Bakıda gecə 8-10, gündüz 18-20 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-75, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Martın 28-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, qərb rayonlarında çiskin olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 6-11, gündüz 20-25, dağlarda gecə 2-7, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Martın 28-29-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Xəbərdarlıq

Martın 29-u axşam qərb rayonlarından başlayaraq martın 31-i gündüzədək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarında sululuğun artacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-7 dərəcə aşağı enəcək.

Şərhlər

XƏBƏR LENTİ