SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Müqəddəs Sultanov Baş Prokrorluqda dindirilib?

Müqəddəs Sultanov Baş Prokrorluqda dindirilib?

Tarix:

21-02-2017, 17:43

/ 6 962 dəfə oxundu.
Müqəddəs Sultanov Baş Prokrorluqda dindirilib?

Baş Prokurorluğun idarə rəisi general Müqəddəs Sultanovun biznes şəriki Gülağa Qəmbərovun canfəşanlığı ilə həbs olunan xeyriyyəçi iş adamı İlham Qasımovun apellyasiya məhkəməsində sifarişin və qurulmuş oyunun üstü açılmaqdadır

Qeyd edək ki, Müqəddəs Sultanov tutduğu vəzifədəki statusundan istifadə edərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi işləyən qohumu Zeynal Ağayevin əliylə İlham Qasımova 15 il azadlıqdan məhrumetmə cəzası təyin edilməsi mətbuatın gündəmindən düşmür.

Xatırladaq ki, sonradan İlham Qasımovun anasının, vəkillərinin ölkə başçısına şikayətləri, habelə, medianın bu qurama cinayət işi ilə bağlı obyektiv araşdırmaları nəticəsində aidiyyatı qurumlar prosesi nəzarətə götürüb. Günahsız yerə həbsə atılan iş adamının ikinci instansiyada ədalətə nail olacağına dair yaranmış vəziyyət Müqəddəs Sultanovu və Gülağa Qəmbərovu ciddi narahat edib.

Hətta bəzi iddialara görə, hətta Baş Prokurorluğun rəhbərliyi belə Müqəddəs Sultanovu sorgu-suala çəkib. Belə ki, Müqəddəs Sultanov bu həbsdə adının çəkilməsinə etirazını bildirsə də sonradan İlham Qasımovla şərikli biznesinin olmasına dair rəsmi sənədlərin mediada yayılması onu çıxılmaz vəziyyətə saldı.

Təbii ki, YAP üçün Astarada inzibati bina inşa etdirən, Beyləqanda Heydər Əliyev adına məscid tikdirən, dövlətin sosial siyasətində həmişə dəstəyi ilə seçilən bir şəxsi həbsə atdırmaq Müqəddəs Sultanova ciddi problemlər yaradacağı gözlənilən idi.

Onun qardaşı Müşviq Sultanovun “Azərbaycanda diktatura var” deyərək, Almaniyada siyasi oturum alması faktı da generalın bu dövlətə nə qədər “bağlı” olduğunu ortaya qoydu.

Qeyd edək ki, bir müddət öncə Müqəddəs Sultanovun dövlətin çətiri altına girərək, iş adamının əmlakını ələ keçirmək niyyətiylə onu şərə saldırması barədə faktları İlham Qasımovun anası fəryad etmişdi:

"Əvvala sizlərə minnətdarlıq edirəm ki, bu günə qədər haqsızlığın, ədalətsizliyin, şər və böhtanın qurbanı olan ailəmizin və oğlum, iş adamı İlham Qasımovun səsinə səs vermisiniz. Bizim başımıza gələn müsibət o qədər böyük faciədir ki, ancaq yalan və şərin qurbanı olan insanlar bu müsibəti dərk edə bilərlər. Sizə etdiyim bu müraciət isə şər və böhtan qurbanı olan bir ananın fəryadıdır. Allah mənə ağbirçək vaxtımda müqəddəs ziyarətgah olan Kəbə evini ziyarət etməyi nəsib edib. Bunun üçün də ədalətli danışmağı özümə borc bilirəm. İş o yerə çatıb ki, oğlumu şərləyib həbs etdirən general Müqəddəs Sultanov və Gülağa Qəmbərov müxtəlif adamlar vasitəsilə bizim ailəmizə, oğlum İlham Qasımovun vəkillərinə, oğlumun ailəsinə və hətta mənə, ağbirçək bir anaya qarşı şər və böhtan kampaniyası aparırlar.
Gülağa Qəmbərovu tanıyanlar yaxşı bilirlər ki, bu adam vaxtı ilə – 1993-1994-cü illərdə “OMON”-un rəhbər şəxslərindən biri kimi dövlətə və xalqına silah qaldıranlardan, dövlət çevrilişinə cəhd etmişlərdən birisidir. “OMON” adlı bir qurum tərkisilah olduqdan, liderlərdən biri – R.Cavadovun ölümündən sonra həmin gecə gizli yolla Azərbaycanı tərk edərək, qaçmışdır. Qorxu hissi keçirən G.Qəmbərov adını və soyadını dəyişərək, Albert Mixailoviç Umarov adı altında sonradan birdən-birə milyoner kimi ortaya çıxdı.
Ortaya çıxmaqda ona yardımçı olan isə sabiq Mili Təhlükəsizlik naziri Eldar Mahmudov, MTN-nin idarə rəisi, general Akif Çovdarov və hazırda dövlət məmuru olan general M.Sultanov olub. Onların dəstəyi ilə Azərbaycanda öz fəaliyyətini davam etdirməyə nail olub.
G.Qəmbərov Eldar Mahmudovun ən yaxın adamlarından biri olub. O, Eldar Mahmudovun oğluna Moskva şəhərində böyük bir mənzil bağışlayıb. Bundan sonra Eldar Mahmudov onun Azərbaycana girişinə icazə verib. G.Qəmbərovun Eldar Mahmudovla işbirliyi açıqlansa bir çox həqiqətlər ortaya çıxar. Lakin kimsə bu əlaqələrin ortaya çıxmasını yasaqlayır.
Müəmmalı məqamlardan biri də budur ki, o, biznes fəaliyyətində Albert Mixailoviç Umarov kimi, məhkəmə şikayətlərində isə Gülağa Qəmbərov kimi tanınır. Dediyinə görə “Allaha bir köynək yaxın olan insan” Albert Mixailoviç Umarovdu, yoxsa Gülağa Məmi oğlu Qəmbərov?
Mətbuat vasitəsilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən G.Qəmbərovun, yəni Rusiyada Albert Mixailoviç Umarov kimi qeydiyyatda olan bu insanın tam kimliyi haqqında bizə məlumat verməsini xahiş edirəm.

“Müqəddəs Sultanov və Gülağa Qəmbərov oğlumun əmlakına göz dikiblər

Oğlum, iş adamı İ.Qasımov onların məqsədlərinin heç də yaxşı olmadığını bildikdən sonra “Real” MTK-dakı payının 10%-ni general M.Sultanovun həyat yoldaşı Təranə Novruz qızı Əliyevanın adına, 45%-ni isə G.Qəmbərovun sonuncu arvadı Şəhla Əliağa qızı Rüstəmovanın adına keçirmişdir.
Lakin G.Qəmbərov oğlumun yaxasından əl çəkmədi və hələ də əl çəkmək istəmir. Çünki oğlum onun və havadarı, Baş Prokurorluğun idarə rəisi general Müqəddəs Sultanovun çirkin əməllərinə alət olmaq istəmədi. General M.Sultanov və G.Qəmbərov oğlum İ.Qasımov barəsində işin Apellyasiya Məhkəməsinə verildiyini bilərək, öz qara fikirlərindən əl çəkmədən yenidən bizlərdən mal-mülkümüzü tələb edirlər. Tamahlarına sahib çıxa bilməyən cütlük oğluma sifarişlə verdirtdikləri 15 illik həbs qərarının quvvədə qalması üçün əllərindən gələni edirlər.

Dövlət məmuru M.Sultanov və hazırda cinayət axtarışında olan G.Qəmbərovun birgə hazırladıqları ssenari ilə mülki işi cinayət işinə cevirərək, insan həyatının onlar üçün nə qədər uçuz olduğunu subut ediblər. Və indi də oğlumun həyatını məhv etməyə çalışırlar.
General M.Sultanovun diktəsi ilə G.Qəmbərovun arvadının şikayət edərək ailəmizdən tələb etdiyi puları, indi G.Qəmbərov özü tələb etməyə başlayıb. Bununla bağlı şikayət verib. Bunu necə başa düşək? Ortaqların şəriklikdə ünvanlı xərclənən pulları tələb etmələri yalnız onların tamahkarlığı ilə bağlıdır.
General M.Sultanov və G.Qəmbərov özlərini oğlumun biznes şərikləri kimi deyil, düşməni kimi aparırlar. Bu da onunla bağlıdır ki, Müqəddəslə Gülağa oğlum İ.Qasımovun var-dövlətinə göz dikiblər".

Şərhlər

XƏBƏR LENTİ