SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Əhmədzadə prezidentin ayırdığı 21 milyonu necə yağmaladı? - Müdhiş korrupsiya

Əhmədzadə prezidentin ayırdığı 21 milyonu necə yağmaladı? - Müdhiş korrupsiya

Tarix:

27-03-2018, 08:30

/ 1 220 dəfə oxundu.
Əhmədzadə prezidentin ayırdığı 21 milyonu necə yağmaladı? - Müdhiş korrupsiya

Əkin sahələrinin suvarma suyu ilə təminatına 21 milyon manat ayrılıb

Bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.

Amma Kürqırağı kəndlərdə suvarma kanalları vaxtı-vaxtında qazılıb, təmizlənmir. Muğan düzündəki əkin sahələrinə su sovet dövründən qalma uçuq-tökük asma kanallar vasitəsi ilə gedir.

Kəndli əkininə su açan kimi, su pulu yığanlar başının üstünü kəsdirir. Sonuncu Kür daşqınları zamanı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin milyardlarla dövlət büdcəsini necə xortumladığı göz qabağındadır.

Çünki ASC sədri Əhməd Əhmədzadə bu yaxınlarda qardaşı qızına səs-küylü toy eləmişdi.

Toy mərasimində türkiyəli müğənnilər Fərhad Göçər, Murad Boz, rusiyalı aparıcı Valdis Pelş, müğənni Leonid Aqutinlə yanaşı Mustafa Ceceli iştirak edirdilər.

Ona görə də dövlətin ayırdığı 21 milyonun necə yağmalandığı, Kürqırağı kəndlərdə suvarma ilə bağlı əhalinin problemlərinin niyə yarandığı aydınlaşır.

Ə.Əhmədzadə uzun illərdir ki, bu posta rəhbərlik edir. Onun rəhbərliyi altında suvarma sistemləri idarələri, meşə meliorasiya qurumları büdcəni talan edirlər.

Hesablama Palatası “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən həyata keçirilən “Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək” Layihəsi üzrə vəsaitlərdən istifadəyə dair auditin nəticələrini açıqlamışdı.

Hesablama Palatası mətbuata əziyyət verməyib və Əhmədzadənin korrupsiyasını özü ifşa etmişdi.

Auditin nəticələrinə dair hesabatda layihəyə ayrılmış vəsaitin xərclənməsi və layihənin icrası zamanı nöqsanlara yol verildiyinin müəyyən edildiyi göstərilirdi.

Hesabata “Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək” Layihəsinin qiyməti ilkin olaraq 114,3 milyon ABŞ dolları məbləğində müəyyən edilib.

O cümlədən Dünya Bankının maliyyələşdirdiyi məbləğ 80,0 milyon ABŞ dolları, Azərbaycan Hökumətinin maliyyələşdirdiyi məbləğ isə 34,3 milyon ABŞ dolları məbləğində nəzərdə tutulub.

Layihənin əsas məqsədi kənd təsərrüfatı təyinatlı suvarılan torpaq sahələrində təsərrüfatdaxili suvarma suyunun paylanılması və idarə edilməsinin daha da səmərəli təşkil edilməsi idi.

Layihənin icra olunduğu 2011-2015-ci illərdə 90,5 milyon ABŞ dolları məbləğində, yəni Layihənin qiymətinin 79,2%-i həcmində vəsait istifadə edilib.

Nəticədə kredit vəsaitlərindən istifadə müddəti daha bir il uzadılıb. Layihə çərçivəsində keçirilmiş satınalmalar üzrə bağlanmış müqavilələrin icra və ödəniş qrafiklərinə müxtəlif səbəblərdən dəyişikliklər edilərək illik maliyyə planlarında dəqiqləşdirmələr aparılsa da, həmin planlara tam riayət edilməyibmiş.

Layihənin həyata keçirilməsi üzrə İşçi qrupu (LHKQ) ilə Layihənin təşkilati strukturuna daxil olan və ASC-nin rayon suvarma sistemləri idarələri (RSSİ) ilə əlaqəli fəaliyyət göstərən Rayon Dəstək Qrupları (RDQ) arasında nəticələr üzrə müqavilələr bağlanılmadığı müəyyən edilb.

Bununla yanaşı, Layihə çərçivəsində bərpa işlərinin başa çatmasına baxmayaraq, Sudan İstifadəedənlər Birliklərinin (SİB-lərin) 20 il müddətinə sistemlərdən istifadə etmək, istismar və texniki xidmət göstərmək üçün öhdəliklərin qəbul edilməsi barədə infrastrukturun uzunmüddətli istifadəsinə dair RSSİ-lərlə müvafiq sazişlərin bağlanılması təmin edilməyib.

Eyni zamanda, layihə çərçivəsində SİB-lərin fəaliyyətinin təkmilləşdirilməsi, faydalı iş əmsalının daha da artırılması məqsədilə SİB-lərə təhvil verilmiş ofis binalarının yerləşdiyi torpaq sahələrinə dair istifadə hüquqlarının torpaq qanunvericiliyinə uyğun olaraq tam rəsmiləşdirilməsi aparılmayıb.

Meliorasiya və Su Təsərrüfatı ASC dövlətin ən çox korrupsiyalaşmış və büdcədən ayrılan pulların “silinən” qurum kimi kimi hesab olunmasıdır.

Son günlər ölkə mediasında Əhməd Əhmədzadənin ASC-də baş alıb gedən qanunsuzluqlar, korrupsiya faktları və yerlibazlıq siyasəti aparıldığı qeyd olunur.

Fia.Az

Şərhlər

XƏBƏR LENTİ