SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » DİRÇƏLİŞ MTK və Qaz idarəsinin seçkiqabağı özbaşınalığı - ŞİKAYƏT

DİRÇƏLİŞ MTK və Qaz idarəsinin seçkiqabağı özbaşınalığı - ŞİKAYƏT

Tarix:

23-03-2018, 14:47

/ 1 573 dəfə oxundu.
DİRÇƏLİŞ MTK və Qaz idarəsinin seçkiqabağı özbaşınalığı - ŞİKAYƏT

Bakı şəhər, Yasamal rayonu Şərifzadə 571 ünvanında yerləşən "Dirçəliş" MTK-ya məxsus 18 mərtəbəli bina 2005-ci ildən istifadəyə verilib.
50 yaxın ailə yaşamasına baxmayaraq, 13 ildir ki, binada təbii qaz yoxdur. Bunnun üçün dəfələrlə aidiyyatı orqanlara müraciər t etməyimizə baxmayaraq binaya təbii qaz verilmir.
"Dirçəliş" MTK-nın rəhbərliyi binaya təbii qaz verilməsi üçün sakinlərdən qaz idarəsi tərəfindən sayğac üçün 750 manat pul tələb olunduğunu iddia edir və sakinlərdən bu pulların yığılması üçün bloklarda elan vurmuşdur.
"Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına quraşdırılmalıdır.
Prezident Seçkilərinə sayılı günlərin qaldığı zamanda bir şəxsi mənafeyi naminə Ölkə qanunlarını pozub, əhalini incidənlərin məqsədləri artıq hamımıza bəllidir !

Xahiş edirik "Dirçəliş" MTK-ya məxsus binaya qaz verilməsi üçün bizə köməklik göstərəsiniz.

Əvvəlcədən Sizə minnətdarlıq edirik.

İmza: Zahidova Sona İslam qızı

22 mart 2018-ci il

xalqxeber.az

Şərhlər

XƏBƏR LENTİ