SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sabiq məmurdan Abid Şərifova Bayıl ittihamı

Sabiq məmurdan Abid Şərifova Bayıl ittihamı

Tarix:

16-03-2018, 10:50

/ 1 405 dəfə oxundu.
Sabiq məmurdan Abid Şərifova Bayıl ittihamı

Əzim Məsimov: “O, hələ də prorab səviyyəsindən irəli getməyib”

Bayıl yamacında sürüşmə zonasında artıq iki aya yaxındır ki, mütəxəssislər tərəfindən işlər aparılır. Lakin hələ də sürüşmənin hansı səbəbdən baş verməsi ilə bağlı konkret məlumat açıqlanmayıb. Ərazidən köçürülən sakinlər narazılıqlarını bildirirlər ki, müasir dövrdə günlərdir mütəxəssislər iş aparsalar da, yekun rəyə gələ bilmirlər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, hazırda Bayıl yamacında sürüşmə zonasında sabitlikdir: “Mayaklar qoymuşuq, müşahidələr aparırıq. Hələ ki heç bir dəyişiklik qeydə alınmayıb. Son günlər baş verən yağıntılar sonrası sürüşmə olmadı. Ancaq konkret olaraq prosesin başa çatması ilə bağlı fikir söyləmək olmaz. Sürüşmə müstəvisini öyrənmək lazımdır. Suyun qaynağının tapılması da bir-iki günün işi deyil. Yenə də quyuqazma və digər bu kimi işlər aparacağıq. Əvvəldən biz onu Qanlı göllə əlaqələndirmişik. Çünki bizim orada 2001-ci ildə işimiz olub. Şəhidlər abidəsinin önündə həmin ərəfədə batma baş vermişdi. Onda biz planlama işləri görüb, quyular qazmışdıq. Parlament binasının yanı, Botanika bağı, Qanlı göl ərazisində işlər apardıq. O zaman da mənbəni Qanlı göllə əlaqələndirdik. Daha sonra oranın suyunu qurutdular. Ancaq bizim Bayıl dairəsində köhnədən qazılan quyumuz var ki, bu gün də oradan su çıxır”.

Əzim Məsimov ile ilgili görsel sonucu

İşlərin ləng aparılması iddiasına gəlincə isə mütəxəssis bildirib ki, bunun da səbəbləri var: “Mən desəm ki, bir gündə 16 mərtəbəli ev tikərəm, bu, yalan olar. İşləri hissə-hissə aparmaq lazımdır. Tədqiqat işi də bu cür görülür. İşlərin görülməsinin öz ardıcıllığı var. Bundan əlavə də artıq biz aralıq hesabatımızı yazıb, Nazirlər Kabinetinə vermişik. Burada iki aylıq gördüyümüz işlər öz əksini tapıb. Bu, tam hesabat deyil. Bizim aparacağımız iş 3-4 ay çəkəcək. Yuxarıda qeyd etdiyim abidənin önündə baş verən sürüşmə hadisəsi zamanı 3 ilə yaxın işlər apardıq” deyə, Ə. Qaralov bildirib.
“Yeni Müsavat”a danışan 1971-1986-cı illərdə Bakı Baş Tikinti İdarəsinin rəisi və Bakı Şəhər Soveti sədrinin 1-ci müavini vəzifəsində işləmiş Əzim Məsimov isə fərqli fikirlər söylədi. O bildirdi ki, bir necə günə də mənbə ilə bağlı konkret rəy vermək mümkündür: “Qanlı göl iddiası səsləndirilirsə, bunu ciddi şəkildə yoxlamaq lazımdır. Eyni zamanda digər göllərə də baxmaq lazımdır. Səbəbi tapmaq üçün 3-4 ay vaxt lazım deyil. Bunu çox tez həll etmək lazımdır. Hələ mənim işlədiyim dövrlərdə də bu cür hadisələr baş verib. O zaman biz birinci iş olaraq səbəbi araşdırırdıq. Çünki səbəb tapılmasa, qaynaq kəsilməsə, sürüşmə davam edəcək. İllər öncə ”Böyük şor" gölü daşıb indiki Heydər Əliyev prospektini su altında qoymuşdu. Həmin zaman da hökumət qərar qəbul etdi ki, gölün suyunu Xəzər dənizinə axıtsınlar. Bu, çox böyük layihə idi. O zaman yaradılan qrupun rəhbəri mən idim. İşə başlamadan öncə sual qoydum ki, bunun səbəbi nədir. Gölün ətrafı ilə gəzən zaman gördüm ki, 2 yerdən su fontan vurur, 3-cü yerdən də 320 mm-lik boru ilə su gəlir. Məlum oldu ki, hadisənin baş verməsinə səbəb bu kimi borulardan gələn sudur. Mənbə tapıldıqdan sonra digər işləri də gördük. Bayıl yamacında da işlər eyni xətt üzrə görülməlidir. Bu qədər yağış yağdı, Bakının sürüşmə zonalarında aktivləşmə müşahidə olundu. Ancaq Bayılda heç bir aktivlik olmadı. Deməli ki, burada sürüşmənin səbəbi yağış suyu deyil. Orada yeraltı axın var. Bu axın da haradan gəlirsə, onu axtarıb tapmalıdırlar. Həmin axın tapılmasa, yenə də sürüşmə olacaq. Mümkün deyil ki, mənbə tapılmasa aktivlik dayansın. Sakinlər deyirlər ki, orada daşların üzərində tikilən evlər üçün təhlükə yoxdur. Buna da baxmaq lazımdır ki, evlər piltənin hansı hissəsində tikilib. Ona görə də bütün bunlara baxmadan, konkret fikir söyləmək olmaz".

Mütəxəssis bildirib ki, sürüşmənin başvermə səbəbi tapıldıqdan sonra əraziyə torpaq gətirilməlidir:

“Torpağın da ora qoyulmasının xüsusi texnologiyası var. Bu prosesə doğru əməl etmək lazımdır. İndiki şəraitdə ora torpaq tökülsə də faydasızdır. Ola bilər ki, bu torpağın tökülməsi sürüşmənin qarşısını qısa müddətlik ala bilsin. Lakin bir vaxt keçəcək ki, yenidən vəziyyət əvvəlki halına qayıdacaq, sürüşmə baş verəcək. Mütəxəssislər Qanlı göldən danışsalar da, mən burada təkcə adıçəkilən gölü səbəb kimi görmürəm. Əsas səbəbkar Badamdar yaylasıdır. Bu yaylanın relyefinə görə bütün su axını şimala doğrudur. Həmin sular yığılıb, böyük bir axın yaradıb. Badamda hissəsini tam olaraq yoxlamadan keçirib, kanalizasiya sistemini yaratmaq lazımdır. İlk növbədə ərazinin kanalizasiya sistemi qurulmalıdır. Bələdiyyə torpağın sahibi olmalıdır və kimsə istədiyi kimi tikinti apara bilməz. Bir şey də var ki, hazırda baş nazirin müavini Abid Şərifov da işlərə düzgün yanaşmır. Şərifov 7 il mənimlə işləyib. O, iş icraçısı, yəni prorab səviyyəsindən irəli getməyib. Nəticədə də iş uzanır, bu kimi hallar ortaya çıxır”.

Fia.Az

Şərhlər

XƏBƏR LENTİ