yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Şahmat klubunun binası niyə banka verilib? - İDDİA

Şahmat klubunun binası niyə banka verilib? - İDDİA
13-03-2018, 12:32 221 dəfə baxılıb

Azərbaycan şahmatına böyük töhfələr vermiş Həmkarlar İttifaqı Respublika Şahmat və Dama Klubunu tanımayan çox az adam ola bilər.

Bir zamanlar Yasamal rayonu Şərifzadə küç. 75A-da yerləşən bu binada onlarla şahmatçı, Azərbaycanı dünyada tanıdan qrossmeysterlər yetişmişdi.
Offsideplus.az-a istinadən xəbər veririk ki, artıq klub bir neçə ildir həmin ünvanda fəaliyyət göstərmir. Çünki şahmat klubunun yerində “Bank Respublika”nın Yasamal filialı açılıb. Klub isə başqa ünvana köçürülüb.

Düşünmək olar ki, axı burada nə problem var? Şahmat klubu əvvəl bir ünvanda, sonra isə başqa ünvanda fəaliyyət göstərir. Ancaq kiçik araşdırma apardıqda məsələnin elə də sadə olmadığı görünür. Ölkənin bank sektorunda xüsusi çəkiyə malik olan “Bank Respublika”-nın gerçək sahibinin kim olduğunu düşündükdə Azərbaycanın tanınmış şahmat məktəbinin yerləşdiyi məkanın necə banka çevrilməsini anlamaq çətin deyil.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-11-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ