SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Ekspertlə nazirlik rəsmisinin sözü çəpləşdi - QARŞILIQLI İTTİHAMLAR

Ekspertlə nazirlik rəsmisinin sözü çəpləşdi - QARŞILIQLI İTTİHAMLAR

Tarix:

13-03-2018, 09:27

/ 984 dəfə oxundu.
Ekspertlə nazirlik rəsmisinin sözü çəpləşdi - QARŞILIQLI İTTİHAMLAR

Artıq bir neçə gündür ki, təhsil eksperti Kamran Əsədovun son 3-4 ildə 1200 məktəblinin abort etdirməsi ilə bağlı təqdim etdiyi statistika hələ də müzakirələrə səbəb olub.
Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova Azərbaycanda 1200 məktəbli qızın abort etdirməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərək, məlumatın həqiqətə uyğun olmadığını, kimlərinsə şou yaratmaq üçün belə açıqlama verdiyini söyləyib.
Ginekoloqun açıqlamasına təhsil eksperti Kamran Əsədovun da cavabı gecikməyib. K.Əsədov Moderator.az -a açıqlamasında bildirib ki, nazirlik rəsmisinin tanımadığı şəxsi ittiham etməsi düzgün deyil:
“Səhiyyə nazirliyinin rəsmisi tanımadığı şəxsləri ittiham etməsin. Bu onun qeyri peşəkarlığından xəbər verir. O şəxsə məhz həmkarı olan Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbərinin başına gələni xatırlatmaq istəyirəm. Hörmətli məmur, ortada statistik göstəricilər var. Bilmirəm siz nə işlə məşğul olursuz, mətbuatı izləyirsiniz, xəbəriniz var ya yox, amma illər ərzində bu barədə KİV - lərdə məlumat yayılır. Ola bilsin ki, sizin xəbəriniz yoxdur.
Xatırladım ki, 2016-cı ildə Azərbaycanda 34569 abort edilib. 2016-cı ildə edilən abortların 20323-ü 15-29 yaşlı qadınlaırn payına düşür. 2016-cı ildə 15-17 yaşlı qadınlar tərəfindən 19 (2015-ci ildə 50), 18-19 yaşlı qadınlar tərəfindən 1242 (2015-ci ildə 1425), 20-24 yaşlı qadınlar tərəfindən 7773 (2015-ci ildə 5983), 25-29 yaşlı qadınlar tərəfindən 11289 (2015-ci ildə 8573) abort edilib. Bu sizə istinadən verilən məlumatlardır. Yenə də xatırladım ki, 6-18 yaşlı şəxlər məktəblərdə təhsil alır. Məktəbli olub-olmaması barədə məlumat əlbətdə ki, yodur. Amma, 15-16-17 yaşlarında olan şəxs məktəbli hesab olunur. İllər ərzində KİV-də çıxan rəqəmlərdən əgər o şəxsin xəbəri yoxdursa, bu artıq onun vəzifəsinin öhdəsindən gələ bilməməsi deməkdir”.

Şərhlər

XƏBƏR LENTİ