yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Vətəndaş AGBank-dan niyə narazılıq edir?

Vətəndaş AGBank-dan niyə narazılıq edir?
12-03-2018, 09:30 264 dəfə baxılıb

Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevə,
Azərbaycan Respublikasının I vitse-prezidenti xanım M.Əliyevaya,
Azərbaycan Respublikasının Maliyyə naziri cənab S.Şərifova,
AR Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri cənab R.Aslanova,
Ombudsman Aparatının rəhbəri cənab A.Səfixanlıya,
“AG Bankın İdarə Heyətinin sədrinə.

Bakı ş, Abşeron rayonu, Nübar qəsəsbsəidə yaşayan, “AG Bank”ın kredit alan Şahvələdov Mütəllim Paşa oğlu tərəfindən

M Ü R A C Ə T

Mən 2015-ci ilin sentyabrın 15-də AG Bank ASC-nin Şamaxı filialından müalicə olunmağım üçün 2500 ABŞ dolları kredit götürmüşdüm. Həkimlərin müayinəsindən sonra məlum oldu ki, (19 sentyabrda) infarkt keçirmişəm və təcili əməliyyat olunmalıyam. Noyabrın 3-də ürək əməliyyatı olundum. O zamandan indiyədək sağlamlıq vəziyyətim imkan vermir ki, Işləyim. İndiyədək müalicə alıram ki, yaşaya bilim. Aldığım krediti o vaxt bir neçə ay ödəsəm də sonralar iqtisadi və sağlamlıq vəziyyətim imkan vermədi ki, krediti tam ödəyim. Ailədə bircə həyat yoldaşımla yaşayırıq. Keçən ili kredit aldığım AG Bank məni məhkəməyə verdi ki, pulu qaytarım. Və şişirdilmiş faizlərlə,cərimələrlə, birlikdə məndən təxminən 10000 AZN pul ödəməyimi tələb edirlər. Mən Bankı düşdüyüm sağlamlıq vəziyyətimlə bağlı həkimin əməliyyatla bağlı verdiyi sənədləri vaxtında təqdim etmişdim ki, nəzərə alsın, faiz hesablamasın. Amma xeyri olmadı. Pulu 3 qat artıqlamasilə tələb edirlər.

Cənab Prezident, çox hörmətli Mehriban xanım. Sizlərdən çox xahiş edirəm ki, mənə Bank tərəfindən artıq hesablanmış pulları nəzərə almadan əsas borc olan 2500 dolların qısa müddətdə tam ödənilməsi üçün mən xəstəyə güzəşt edilsin. Əgər bank buna razı deyilsə o zaman girov yazdıqları evimin əşyalarını – soyuducunu, xalçaları, televizoru, stenkanı, servantı, paltar dolabını, televizor altlığını gəlib aparsınlar. Mən o biri dünyaya borclu getmək istəmirəm. Amma Bankın da insafı olsun. Xahiş edirəm bu istiqamətdə mənə köməklik göstərilməsinə yardımçı olasınız.

Hörmətlə, M.P.Şahvələdov tel.070-493 7395.

11 mart 2018-ci il.

Qarşı tərəfi də dinləməyə hazırıq...


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-11-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ